Əsas Səhifə > Sosial, Manşet > HAKİMİYYƏT HANSI STRUKTUR İSLAHATINA GEDİR?
HAKİMİYYƏT HANSI STRUKTUR İSLAHATINA GEDİR?28-11-2013, 12:59 |
ABİD ŞƏRİFOVUN KOMİSSİYASI DA LƏĞV OLUNA BİLƏR: DƏYİŞİKLİK VAR DİA.AZ: - Prezident 22 oktyabr tarixində Nazirlər Kabinetini təsdiqləməklə yanaşı, həm də bir sıra struktur islahatları ilə bağlı da qərar vermiş oldu. Belə ki, Sənaye və Energetika nazirliyi ilə İqtisadi İnkişaf Nazirliyinin həm adları dəyişdirildi və həm də mahiyyətləri. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, prosesin davamı gözlənilir və bir sıra dövlət qurumları ilə bağlı islahat tədarükü aparılır. Xatırladaq ki, buna qədər də yerli mətbuatda Dövlət Sosial Müdafiə Fondu ilə yanaşı, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğvi ilə bağlı məlumatlar yayılmışdı. Nazirlər Kabinetindəki mötəbər mənbə redaksiyamıza açıqlamasında iddia edib ki, qeyd olunan məsələ kifayət qədər aktualdır. Eyni zamanda Nazirlər Kabineti yanında fövqəladə hallar üzrə dövlət komissiyasının da ləğvi gözlənilir. Mənbə bildirir ki, bu komissiyanın sədri olan Abid Şərifov ləğv qərarından sonra yalnız başi nazirin müavini kimi mövqeyində qalacaq: «Bununla yanaşı, Müdafiə Nazirliyindən Baş Qərargahın ayrılması nəzərdə tutulub. Və artıq Milli Məclisdə müəyyən addımlar atılıb. Həmçinin Vergilər Nazirliyi yanında vergi auditi departamentinin ayrıca bir qurum kimi fəaliyyətiylə bağlı da müəyyən fikirlər mövcuddur». Hələlik yekun qərarın verilmədiyini bildirən mənbəmiz, yaxın zamanlarda prosesə start verilə biləcəyini də istisna etmədi. Geri qayıt |