Əsas Səhifə > Şou-biznes > XANIM MÜĞƏNNİ NİYƏ ƏSƏBİLƏŞİB?
XANIM MÜĞƏNNİ NİYƏ ƏSƏBİLƏŞİB?6-02-2012, 12:11 |
EMMA ƏLƏKBƏRZADƏ SOSİAL ŞƏBƏKƏLƏRDƏN GİLEYLİDİ Populyar müğənni Emma Ələkbərzadə sosial şəbəkələrdən şikayətlənir. O, sosial şəbəkələrdə bəzən tərbiyəsi olmayan insanlara rast gəlindiyini bildirir: "Sosial şəbəkələrə nadir hallarda baş çəkirəm. Yalnız Facebook-da səhifəm var. Orada da nadir hallarda olur və dostlarımla söhbətləşmək üçün baş çəkirəm. Hərdən inadkar insanlara rast gəlirəm – durmadan mənə dostluq təklifi göndərirlər. Sonra təklifi qəbul edirəm, əvəzində şəkillərimə xoşagəlməz şərhlər yazırlar". E.Ələkbərzadə son zamanlar təhqiramiz mesajlar yazmağın sanki dəbə mindiyini də söyləyib. Geri qayıt |