Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SABUNÇUDA RƏSMƏN TALAN VAR İMİŞ...
SABUNÇUDA RƏSMƏN TALAN VAR İMİŞ...29-11-2013, 10:56 |
Sabunçunun icra başçısı Adil Vəliyevlə bağlı yazdığımız məlumatlardan sonra oxucularımız davamlı olaraq bu şəxslə bağlı maraqlı bilgiləri redaksiyamıza ötürməkdədirlər. JAM.AZ xəbər verir ki, son belə məlumatlar isə rayonda ələ keçirilmiş torpaq sahələri və obyektlərlə bağlıdır. Həmin məlumatlarda deyilir ki, Adil Vəliyevi düşündürən əsas yer Bakıxanov qəsəbəsidir. Belə ki, burada torpağın və obyektlərin qiymətləri son illər bahalaşıb və bu da icra başçısının diqqətini çəkib. Elə buna görə də, qəsəbədəki əlverişli yerdə olan obyektləri zorla da olsa ələ keçirməyə başlayıb. JAM.AZ-a məlumat verən bilgili şəxslər qeyd edirlər ki, Adil Vəliyevin hədəfinə gəlmiş ilk obyektlərdən biri Bakıxanovdakı «Damcı Bulaq» restoranı olub. Müştərisi bol, sahibi isə zəif olan bu obyekti ələ keçirmək üçün Sabunçunun icra başçısına azca hədə-qorxu gəlmək kifayət edib. Qəsəbədəki Sarayın qarşısındakı boş yerləri də ələ keçirən Vəliyev, orada dərhal özü üçün ticarət obyektləri tikiməyə başlayıb. JAM.AZ-a verilən məlumatlarda o da vurğulanır ki, Sabunçunun icra başçısı həmçinin dayanacaqlara və uşaq parklarına da göz dikib. Hətta Bakıxanovdakı bir neçə uşaq baxçasının yerində maqazinlərin tikildiyinə dair məlumatlar da mövcuddur. Sakinlər deyirlər ki, Adil Vəliyevin gözü doymur. Ona görə də, əlinə fürsət düşən kimi əlverişli yerlərdəki əraziləri və ya obyektləri ələ keçirməyə çalışır. Məsələn, bir müddət əvvəl «Tolkuçka» bazarına yaxın yerdə yerləşən «Kapital» Bankın ətrafında böyük bir bazar saldırmağa nail olan icra başçısı, orada həmçinin yeni obyektlər də inşa etdirməyə nail olub. İşin ilginc tərəfləri də var. Maraqlıdır ki, Adil Vəliyevin bata bilmədiyi adamlar da var imiş. Elə buna görədir ki, «Aqat» şadlıq sarayının yaxınlığında yerləşən ərazidə ticarət dükanlarını sökdürsə də, onun əsl sahibi ilə baş edə bilməyib. Məhz bu səbəbdən də həmin ərazinin yaxınlığında yeni ticarət mərkəzinin inşası üçün torpaq sahəsi ayırmaqla yanaşı, həm də yardımlar edir. Geri qayıt |