Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > MİSİR MƏRDANOVUN DURUMU YENƏ GƏRGİNLƏŞİB

MİSİR MƏRDANOVUN DURUMU YENƏ GƏRGİNLƏŞİB


6-02-2012, 13:19
MİSİR MƏRDANOVUN DURUMU YENƏ GƏRGİNLƏŞİB

TN ŞEFİ İLƏ BAĞLI ZİDDİYYƏTLİ XƏBƏRLƏR YAYILDI

DİA.AZ: - Keçən ilin sentyabr ayında istefaya göndərilmə məsələsi ciddi şəkildə gündəmə gələn təhsil naziri Misir Mərdanovla bağlı yenidən ziddiyyətli xəbərlər yayılmağa başlayıb. Xatırladaq ki, həmin ərəfədə TN rəhbərliyi əməlli-başlı silkələndi, prezident üç nazir müavinini eyni gündə istefaya göndərdi və Misir Mərdanovun da şərtli qaydada görəv başında saxlanılması xəbərləri yayıldı.

Bir sözlə, Misir Mərdanovun «kəfəni yırtması» ilə müşaiyət olunan həmin proses nəticəsində TN ilə bağlı ciddi islahatlara start verildi. Dünənə qədər Misir Mərdanovun nəzarətində olan Bakı məktəblərinin kurasiyası Bakı Baş Təhsil İdarəsinə verildi. Misir Mərdanov eyni zamanda təhsil sisteminin ən gəlirli istiqamətlərindən olan tikinti-təchizat işlərindən də uzaqlaşdırıldı. Həta bu proses nəticəsində xeyli sayda şəxs görəvindən uzaqlaşdırıldı və barələrində cinayət işi açılanı da oldu.

Mənbəmiz bildirir ki, hazırda orta məktəblərin inşası zamanı yol verilən korrupsiya halarını araşdıran dövlətin müvafiq orqanları Misir Mərdanova qarşı çox ciddi alibi əldə ediblər. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (dia-az.life) bilgiləndirən məlumatlı mənbə iddia edir ki, söhbət yenidən inşa olunmuş 4 orta məktəblə bağlı maxniasiyalardan gedir.

Bu barədə qaynağın söylədikləri: «Məlum olub ki, Misir Mərdanovun iştirakı ilə təxminən 5 milyon manat pul mənimsənilib. Həmin vəsaitin böyük hissəsi nazirə çatıb. Təxminən 800 min manat vəsait isə aşağı ranqlı məmurlar tərəfindən «həzm edilib».

Onu da qeyd edək ki, bu arada Misir Mərdanovla bağlı bir başqa məlumatı da redaksiyamıza çatdırıblar. Nazirlər Kabinetindəki bilgili mənbənin xəbərinə görə, Misir Mərdanov bu günlərdə TN rəhbərliyinə aid şəxslərin biri ilə söhbətində may ayında istefaya gedəcəyini söyləyib: «Nazir bildirib ki, həmin taridə sürəsi dolur. Yəni buradan aydın olur ki, Misir Mərdanov əslində keçənilki tarama əməliyyatından müəyyən müddətə can qurtarıbmış».

Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt