Əsas Səhifə > Güney Press, Araşdırma > SAATLIYA AYRILAN PULLARI KİMLƏR MƏNİMSƏYİR?

SAATLIYA AYRILAN PULLARI KİMLƏR MƏNİMSƏYİR?


29-11-2013, 12:02
SAATLIYA AYRILAN PULLARI KİMLƏR MƏNİMSƏYİR?
Saatlının icra başçısı Siracəddin Cabbarov rayona ayrılan vəsaitləri çəkiləndən bir neçə ay sonra dağılan yollarda və saxta sənədlərdə «yuyur».

Saatlı rayonundan verilən məlumata görə icra başçısı Siracəddin Cabbarov rayonun sosial inkşafı üçün ayrılan vəsaitləri sağa-sola xərcləməklə məşğuldur. Daha doğrusu icra başçısı özünü yaxın olan şirkətlərlə anlaşaraq rayona ayrılan pulları sadəcə «yumaqla» məşğul olur. Görülən işlərin keyfiyyətindən isə danışmaq belə yersizdir. İcra başçısı sadəcə dövlətin sosial inkişaf üçün ayırdığı pulları cibinə qoymaq üçün çalışır. Görülən işlərin bir ildən sonra yenidən görülməsi isə qaçınılmaz olacaq.

Son bir ildə Saatlı rayonunun sosial inkişafı üçün üst-üstə 10 milyon manatdan çox vəsait ayrılıb. İcra başçısı bu vəsaitləri rayon mərkəzinin abadlaşdırılması və kənd yollarının təmir-tikintisi adı altında xərcləyib. Daha doğrusu sənədlərdə. Pia.az-a daxil olan məlumatda bildirilir ki, Siracəddin Cabbarovun abadlıq işlərində iştirak etmək üçün keçirilən tenderlər girən şirkətlərlə şəxsən özünün danışıq aparır. Bu danışıqlarda ən önəmli məsələ tenderi götürəcək şirkətin gördüyü işin müqabilində icra başçısına veriləcək “faiz”dir.

Mənbə iddia edir ki, “fazi” söhbətində usta olan Siracəddin Cabbarovla bir çox şirkətlər anlaşa bilmir. Çünki icra başçısı görüləcək işə nəzarəti özü edir və xərclənən, mənimsənilən pulları çox ustalıqla hesablaya bilir.

Məlumatlda qeyd olunur ki, bu il Saatlı rayonunun Simadakənd - Qarayev kəndləri arası yollarının çəkilməinə 3,5 milyon manat vəsait ayrılıb və bu yolun tikintisini “Orion-M” şirkəti həyata keçirib. Həmin yolun təmiri ilə bağlı Saatlı rayon icra hakimiyyətindəki mənbə bildirir ki, çəkilən kənd yolunda ciddi şəkildə yeyintiyə yol verilib. Yolun eni Siracəddin Cabbarovun “xeyir-duası” ilə 1 metr azaldılıb və qoyulan asfaltın qalınlığı isə «adətə uyğun olaraq» 6-7 sm dən qalın ollmayıb. Halbuki sənədləşdirmədə bu yola qoyulan asvaltın qalınlığının 12-14 sm olduğu yazılıb.

İcra hakimiyyətindəki etibarlı mənbəmiz iddia edir ki, başçısı ilə “Orion-M” şirkətinin rəhbəri Şükür Məmmədovla isti münasibətləri mövcuddur, çünki Siracəddin Cabbarov adı çəkilən şirkətin əli ilə yüzminlərlə manat vəsaiti “nəğd “ şəkildə cibinə axıdır. Qeyd edək ki, “Orion-M” şirkəti bir çox rayonlarda yolların təmiri və çəkilişi ilə məşğul olur və icra başçıları ilə anlaşmağı bacaran, onlarla isti münasibətlər yaradan Şükür Məmmədov artıq bir neçə ildir ki, milyonlarla dövlət vəsaitini mənimsəyir. “Orion-M” şirkətiinin bir il əvvəl Beyləqanda, Sabirabadda və İmişlidə çəkdiyi və prezidentin iştirakı ilə açılışı olan yollar artıq dağılır.

Siracəddin Cabbarovun başqa bir etibarlı ortağı isə adı keçən ay “Galenvagen” toy karvanı ilə gündəmə gələn Salyanlı iş adamı Qurban Abbasovdur (Hacı Qurban). Oğlunun təmtəraqlı toyu ilə gündəmə gələn iş adamı Saatlıda bir çox layihələri həyata keçirib. Hacı Qurbana aid olan “İlkin-N” MMC Saatlıda bir neçə kəndi birləşdirən yolun tikintisində iştirak edib və həmin yolun çəkilişinə 520 min manat vəsait ayrılıb. Mənbə bildirdi ki, çəkilən kənd yoluna bir neçə ay əvvəl qoyulan asfalt artıq dağılmaqdadır. Onu da qeyd edək ki, Hacı Qurbanının bir neçə ay əvvəl Salyanda təhvil verdiyi və prezidentin açılışında iştirak etdiyi «Bayraq meydanı» da artıq sökülüb dabılmaqdadır. Bunun əsas səbəbi isə Hacı Qurbanının rəhbərlik etdiyi “İlkin-N” MMC şirkətlərinin yarasız tikinti materiallarından istifadə etməsi və bu yolla külli miqdarda dövlət vəsaitini mənimsəməsidir.

Məlumatda o da qeyd olunur ki, Qurban Abbasovun şirkətinin qoyduğu asfaltı “Orion M” şirkətinin rəhbəri Şükür Məmmədovdan alıb. ”İlkin-N” şirkətinin qoyduğu asfaltında həddindən artıq keyfiyyətsiz olduğu bildirilir və yol artıq dağılıb.

Araşdırmamız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt