Əsas Səhifə > Dünya > TÜRKİYƏ RUSİYAYA ULTİMATUM VERDİ
TÜRKİYƏ RUSİYAYA ULTİMATUM VERDİ29-09-2011, 15:46 |
QİYMƏTLƏR SALINMASA, ANLAŞMA POZULUR Türkiyə hökuməti enerjidaşıyıcılarının qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınmasa, Rusiya ilə qaz müqavilələrini ləğv edə bilər. “APA-ECONOMICS”in “Reuters”ə istinadən xəbərinə görə, bu bəyanatla Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız çıxış edib. Hazırda Türkiyə Rusiyanın “Qazprom” şirkətindən ildə 30 mlrd. kubmetr qaz alır ki, bu da ölkənin mavi yanacağa olan tələbatının 64%-ni təşkil edir. Bu ilin mart ayında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri zamanı qazın qiymətinin aşağı salınması ilə bağlı Rusiya prezidenti Dmitri Medvedevlə apardığı danışıqlar nəticə verməyib. Geri qayıt |