Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ŞİRVANDA DÖVLƏTOV NECƏ DÖVLƏTLƏNİR?

ŞİRVANDA DÖVLƏTOV NECƏ DÖVLƏTLƏNİR?


2-12-2013, 09:12
ŞİRVANDA DÖVLƏTOV NECƏ DÖVLƏTLƏNİR?
Redaksiyamıza daxil olan məlumatlarda Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzdindəki Şirvan Üzən Nasoslar Zavodunda yer almış neqativ hallara dair çoxsaylı faktlar öz əksini tapıb. Qeyd etmək lazımdır ki, bu zavoda rəhbərlik edən Əliheydər Dövlətovun həyata keçirdiyi müxtəlif maxinasiyalara dair materiallar əvvəllər də ölkə mətbuatında dəfələrlə dərc olunub. Məlum olduğu kimi bu zavodda çayların və göllərin lil və torpaqdan təmizlənməsi üçün istifadə olunan nasoslar təmir edilməlidir.

Lakin A.Dövlətovun əməlləri sayəsində bu gün zavod öz funksionallığını demək olar ki, tamamilə itirib. Aldığımız məlumatlarda da bildirilir ki, zavod direktorunun maxinasiyaları sayəsində hər il dövlət büdcəsindən ayrılan milyon manatlarla pul yoxa çıxıır. Hansı ki, məhz bu vəsaitlər zavodun normal fəaliyyətinin təmin olunması məqsədləri üçün nəzərdə tutulur. Həmçinin məlumatlarda qeyd olunur ki, zavodun maddi-texniki bazası davamlı olaraq talan edilir. O cümlədən müəssisəyə məxsus dəzgahlar, yüksək gərginlikli elektrik transformatorları müxtəlif maxinasiyalar vasitəsilə qeyri-qanuni “silinərək” satılır. Bu məqsədlərlə indiyədək zavodun bir neçə dəzgah sexi qəsdən dağıdılıb.

Məlumatlara görə direktor zavodun balansında olan yük avtomobillərini də öz qohumlarına verib ki, onlar da bu avtomobillərdən şəxsi əmlakları kimi istifadə edirlər. Hətta bir müddət əvvəl mətbuat səhifələrində zavoda məxsus gəmilərdən də birinin satıldığına dair məlumatlar dərc olunmuşdu. Bundan başqa məlumatlarda vurğulanır ki, suyun təmizlənməsi üçün nəzərdə tutulan boruların alınması prosesi də maxinasiya obyektinə çevrilib. Belə ki, zavod rəhbərliyi təzə adı altında işlənmiş, bəzən hətta istifadəyə yararsız məmulatlar alınmasına dair göstərişlər verir. Zavodun büdcəsinə köçürülən pullar isə saxta sənəd təqdimatı ilə məşğul olan müxtəlif özəl müəssisələrin hesabına yatırılarq, sonradan nağdlaşdırılır və mənimsənilir.

Məlumatlarda A.Dövlətovun rəvac verdiyi qanun pozuntularına daha bir misal kimi zavodda “ölü canların” saxlanması göstərilir. Bu xüsusda bildirilir ki, zavod direktoru əlavə pul qazanmaq üçün xeyli sayda adamı işə götürüb. Lakin bu işə götürmə prosesi yalnız kağız üzərində həyata keçirilib. Belə ki, maaş cədvəlində adları olan, amma zavodda özləri olmayan bu adamların əmək haqları yenə də bir başa direktora çatır. Mənbələr hal-hazırda A.Dövlətovun əlində onlarla “işçinin” maaş kartlarının olduğunu iddia edirlər. Digər tərəfdən isə məlumatlara görə zavod rəhbərliyi tərəfindən burada işləyən çox az sayda fəhlələrin də əmək haqqlarının bir hissəsi mənimsənilir. Belə ki, işçilərin maaş kartları onların əlindən alınır, hər fəhlənin aylıq əmək haqqından əsassız olaraq 20 manat məbləğində pul tutulur.

Maraqlıdır ki, müxtəlif mənbələr Əliheydər Dövlətovun tutduğu vəzifədə uzun müddət çalışmasına rəğmən, onun yuxarı instansiyalarda olan himayədarları tərəfindən yetərincə dəstəkləndiyini diqqət mərkəzinə çəkirlər.

Qarşı tərəon də mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt