Əsas Səhifə > Sosial, Manşet > ŞOK: ŞADLIQ EVİ SAHİBİNİN 600 MİN MANATI APARILIB

ŞOK: ŞADLIQ EVİ SAHİBİNİN 600 MİN MANATI APARILIB


2-12-2013, 11:12
ŞOK: ŞADLIQ EVİ SAHİBİNİN 600 MİN MANATI APARILIB
BAKIDA BAŞ VERƏN BU QARƏT HADİSƏSİ NƏDƏNSƏ İCTİMAİLƏŞDİRİLMƏYİB

DİA.AZ: - «Bu günlərdə Azərbaycanın tanınmış simalarından birinin evi yarılıb və cinayət nəticəsində külli miqdarda pul aparılıb». Bu xəbəri DİA.AZ-a çatdıran məlumatlı mənbə iddia edir ki, qarət nəticəsində evdən 400 min manata yaxın vəsait və 200 min manatlıq qızıl-zinət əşyaları aparılsa da, bu xəbər ictimailəşdirilməyib…

Mənbənin söylədikləri: «Bu da evi qarət olunan şəxsin popluyarlığı ilə əlaqədardır. Həm də bu qədər pulun hansı yolla əldə olunması sualı da ortaya çıxa bilər ki, hadisə barədə məlumat ictimailəşdirilməyib».

Mənbəmiz evi qarət olunan şəxsin kimliyi barədə dəqiq bilgilər verməsə də, müəyyən araşdırmalar apardıq. Və öyrənə bildik ki, həmin şəxs Bakıda şadlıq evi sahibidir və hadisənin üstündən xeyli vaxt da keçib.

Geri qayıt