Əsas Səhifə > Üçüncü sektor > QHT-LƏRİN XOCALI AKSİYASI DAVAM EDİR
QHT-LƏRİN XOCALI AKSİYASI DAVAM EDİR6-02-2012, 17:08 |
QARABAĞDAKI ERMƏNİ VƏHŞİLİYİNDƏN 20 İL KEÇİR Xəbər verdiyimiz kimi, QHT Əməkdaşlıq Alyansı 01 fevral 2012-ci il Şura toplantısında Xocalı Soyqırımının 20-ci ildönümü ilə bağlı tədbirlər planı qəbul etmişdi. Artıq fevral ayının 2-dən Alyans Xocalı soyqırımı ilə bağlı internet aksiyalara start verib. Aksiyalar Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən də dəstəklənir. Alyans hesab edir ki, innovativ aksiyaların keçirilməsi və Xocalı həqiqətlərinin digər ölkələrin vətəndaşlaırna çatdırılması əsas şərt olmalıdır. Facebook sosial şəbəkəsində 700 000 çox istifadəçi qeydiyyatdan keçib. Bu istifadəçilərin 100 000 yaxın hissəsinin dostları arasında onlarla digər ölkələrin də vətəndaşları var. Hər bir istifadəçi profil şəklini Xocalı soyqırımını əks etdirən profil şəklinə dəyişərsə, və Alyansın təqdim etdiyi statusları, Azərbaycan türkü, Rus və İngilis dillərində yayımlayarsa, hədəflərimizə daha tez çatmış olarıq. Alyans bütün istifadəçilərə müraciət edərək profil şəkillərini Alyansın tövsiyyə etdiyi profil şəkli ilə əvəz etməyə və statusları yerləşdirməyə çağırır. Onu da bildirək ki, Alyans Soyqırım aksiyalarının yekunu olaraq, fevral ayının 16 və 17-də çoxsaylı QHT-lərin və KİV-lərin iştirakı ilə geniş toplantılar keçirməyi qərara almışdır. Alyansın tövsiyyə etdiyi Facebook statusları və profil şəkli bunlardır. Rus və ingilis versiyaları da bu gündən istifadəçilərin ixtiyarına veriləcək. Status 1 Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Bu ədalətsizliyi Meksika və Pakistan rəsmi qoyqırım kimi tanıyıb! Siz nəyi gözləyirsiniz? Status 2 Fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Ermənilərin bu vəhşiliyi unudulmayacaq! Status 3 Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dünyanın bu ədalətsiliyə susması ədalətsizlikdir! Status 4 Meksika və Pakistan dövlətlərinə Xocalı Soyqırımını rəsmən tanıdıqlarına görə təşəkkür edirik! Artıq siz bizim bacı və qardaşlarımızsınız! Status 5 Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri yazıçı – şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq". Status 6 Hazirda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır: "Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim". Status 7 Xocalı Soyqırımı ilə bağlı paylaşmaq üçün məsləhət bildiyimiz səhifələr: http://az.wikipedia.org/wiki/Xocal%C4%B1_soyq%C4%B1r%C4%B1m%C4%B1 http://en.wikipedia.org/wiki/Khojaly_Massacre http://ru.wikipedia.org/wiki/%D0%A5%D0%BE%D0%B4%D0%B6%D0%B0%D0%BB%D0%B8%D0%BD%D1%81%D0%BA%D0%B0%D1%8F_%D1%80%D0%B5%D0%B7%D0%BD%D1%8F http://justiceforkhojaly.org Geri qayıt |