Əsas Səhifə > Sosial, Manşet > FARS KOMANDANDAN ATIŞMA İLƏ BAĞLI İLGİNC MÖVQE
FARS KOMANDANDAN ATIŞMA İLƏ BAĞLI İLGİNC MÖVQE2-12-2013, 12:04 |
FARS-MOLLA REJİMİ DEYƏSƏN, ƏSƏLLİ-BAŞLI AĞLINI İTİRMƏK ÜZƏRƏDİR DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycan-İran sərhədində sərhədçilərlə sərhəd pozucuları arasında silahlı insident baş verib, bir hərbçi həlak olub, ikisi isə yaralanıb. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ötən gün saat 19:30 radələrində Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində baş verib. Silahlı insident, sərhəd naryadının, sərhəd pozucularının qarşısının alınması zamanı baş verib. Bir nəfər hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların vəziyyəti kafi olduğu bildirilir. Yayılan məlumata görə, silahlı insident Lerik rayonu ərazisində baş verib. İnsidentdən sonra Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına məxsus təcili yardım maşını Lerikə gedərək yaralıları Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətiriblər. İnsident zamanı həlak olan hərbçi 37 yaşlı mayor Maqsud Nağıyevdir. 50 yaşlı polkovnik-leytenant Azər Şəfiyev və 29 yaşlı Vüqar Vahabov isə yaralanıblar. Məlumata görə, hər iki yaralı yaxın saatlarda Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcək. Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir. Hadisənin baş vermə səbəbləri Dövlət Sərhəd Xidməti və Azərbaycan Hərbi Prokurorluğu tərəfindən araşdırılır. DİA.AZ-ın əldə etdiyi bilgilərdən isə aydın olur ki, atışmanın İran sərhədçiləri ilə Azərbaycan sərhədçiləri arasında baş verdiyi iddia olunur. Onu da bildirək ki, bu olaya İran tərəfi olduqca müəmmalı bir açıqlama verib. Hər halda, İran İslam Respublikası Sərhəd Qoşunları Komandanı general Hüseyn Zülfüqarinin adından yayılan açıqlama belə deməyə əsas yaradır. Redaksiyamızın İranın xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən «Arannews» portalına istinadən verdiyi xəbərdə bildirilir ki, Hüseyn Zülfüqari İran-Azərbaycan sərhəddində baş verən atışma və bu zaman Azərbaycan zabitinin həlak olması, daha bir zabitimizin və əsgərimizin isə yaralanması ilə bağlı insidentin mətbuata ötürülməsi xəbərindən əsəbiləşib. Yəni İran tərəfi düşünürmüş ki, Azərbaycan mediası bu barədə xəbər yaymamalı imiş. Hər halda, fars-molla rejiminin məlum mövqeyi heç də anlışılan deyil. Zülfüqarinin bu anlaşılmaz istəyinin əks olunduğu açıqlamanı diqqətinizə çatdırırıq: «Biz ümumiyyətlə razılıq əldə etdik ki, sərhəddə mövcud olan kiçik problemlər medialaşdırılmasın. Biz təxminən qonşu ölkələrin 14 sərhədçiliyi ilə birbaşa əlaqəyə malikik. Fikrimcə Azərbaycan Respublikası kimi heç bir ölkə bu məsələni gündəmə gətirmir. Sırf yaxşı və müsbət əlaqələrimizin olduğunu söyləyim, lakin əməldə qanunlara sadiq olduğumu nümayiş etdirməsək, məncə bu yaxşı proses deyildir». Maraqlıdır ki, İran tərəfi sərhəddəki olayla bağlı, olayın təfərrüatı ilə əlaqədar... ümumiyyətlə, izahat vermək istəmir. Geri qayıt |