Əsas Səhifə > Cəmiyyət, Manşet > HÜSEYN BAĞIROV ALİ TƏHSİLLİ MEŞƏÇİNİ AC QOYUB
HÜSEYN BAĞIROV ALİ TƏHSİLLİ MEŞƏÇİNİ AC QOYUB2-12-2013, 15:38 |
İLHAM ƏLİYEVƏ MÜRACİƏT OLUNDU DİA.AZ: - Cəlilabad rayonu, H.Cavid küçəsi, 66 saylı ünvanda yaşayan Nuriyev Fazil Əfsər oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət edib. Müraciətdə deyilir: “Cənab Prezident! Mən 1980-ci ildə Rusiyada meşəçilik üzrə ali təhsil alaraq Azərbaycana qayıtmışam. Sonra hərbi borcumu yerinə yetirərək əmək fəlaiyyətinə başlamışam. İşlədiyim müddətdə dəfələrlə Fəxri Fərmanla təltif olunmuşam. 2001-ci ildə cənab Heydər Əliyevin yubileyi ilə bağlı Cəlilabad şəhərində yeni xiyabanın salınmasında fəal iştirakıma görə mükafatlandırılmışam. Bütün bunlara baxmayaraq 2001-ci ildə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məni qəfil işdən azad etdi. Dövlət orqanlarına şikayətlərimdən sonra məni meşəçilik sistemində “qaçqın”a, “cərimə batalyonunun əsgəri”nə döndərdilər. Cənab Prezident! Mən bölgəmizdə yeganə ali təhsilli meşəçiyəm. Bu gün tarix, ədəbiyyat müəllimləri meşəçilik sahəsində vəzifə tutduqları halda mənə adi iş də vermirlər. Hörmətli Prezident! Allaha and olsun, bu gün ailəm çörək ehtiyacı ilə üz-üzə qalıb. Pulsuzluqdan uşaqlarımı orta məktəbə dərsə göndərə bilmirəm. Sizdən artıq dərəcədə xahiş edirəm məni öz ixtisasıma uyğun işlə təmin edəsiniz. Mən vəzifə istəmirəm, ailəmi dolandırmaq üçün adi iş istəyirəm. Mən ümid edirəm ki, ailə üzvlərimin vəziyyətini nəzərə alaraq müraciətimə diqqətlə yanaşacaqsınız”. Geri qayıt |