Əsas Səhifə > Dünya > MERKEL SARKOZİNİ DƏSTƏKLƏYİB

MERKEL SARKOZİNİ DƏSTƏKLƏYİB


7-02-2012, 13:04
MERKEL SARKOZİNİ DƏSTƏKLƏYİB

FRANSA-ALMANİYA BİRGƏ NAZİRLƏR KABİNETİ PARİSDƏ TOPLANIB

Məlumata görə, Fransa və Almaniyanın birgə Nazirlər Kabineti prezident Nikolas Sarkozi və baş nazir Angela Merkelin rəbərliyi altında Parisdə toplanıb.

Fransa mətbuatı, yığıncağı, Avropanın ən güclü iqtisadiyyatını idarə edən Merkelin, Sarkoziyə seçkilər ərəfəsində verdiyi simvolik siyasi dəstək kimi qiymətləndiriblər.

Qeyd edək ki, Sarkozi də 2009-cu ildə keçirilən seçkilərdə Merkelin seçki kampaniyasına qatılaraq alman liderə siyasi dəstək vermişdi.

İki lider axşam saatlarında Fransa və Almaniya televiziya kanallarında yayımlanacaq proqramda birlikdə iştirak edəcəklər.

Yelisey sarayında keçirilən 14-cü birgə Nazirlər Kabineti toplantısının gündəliyində duran əsas müzakirə mövzusu avro bölgəsinin borc böhranıdır.


Geri qayıt