Əsas Səhifə > Güney Press, Araşdırma > ƏN MƏXFİ BİZNES NÖVÜNDƏ BÖHRAN YAŞANILIR
ƏN MƏXFİ BİZNES NÖVÜNDƏ BÖHRAN YAŞANILIR7-02-2012, 13:06 |
KVOTA ÜZRƏ BALIQ OVU 2% AZALIB 2011-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kvotasına əsasən, daxili sututarları və Xəzərdə leqal şəkildə 1061 ton balıq tutulub. Bu, 2010-cu ildəkindən 2% azdır. Balıq ovu əsasən kilkə hesabına azalıb. Əgər 2010-cu ildə balıqçılar 708 ton balıq tutubsa, ötən il bu göstərici 485 tona azalıb. Müqayisə üçün deyək ki, 2000-ci ildə, Dövlətstatkoma görə, 18,5 min ton kilkə tutulub. Balıq şirkətləri bu tendensiyanı kilkələrin yem bazasının məhv olması ilə bağlayırlar. 1999-cu ildə Volqa-Don kanalı vasitəsilə Xəzərə mnemiopsis daxil olub. Nəticədə zooplanktonların 75 %-i məhv olub. ötən il Azərbaycan şirkətləri 152 ton siyənək (2010-cu ildə 90 ton), 139 ton kefal (62 ton), 72 ton çapaq (56 ton), 82 ton kütüm (54 ton) və s tutublar. Balıq ovu Azərbaycanda ən məxfi biznes növlərindəndir. Dövlətstatkomun məlumatına görə, 2010-cu ildə qeyri-leqal balıq ovu 43 750 ton olub. Balıq ovu "Caspain Fish co. Azerbaijan" MMC-nin nəzarəti altındadır. Geri qayıt |