Əsas Səhifə > Şou-biznes > RÖYANIN ETİBARINDAN DANIŞDI
RÖYANIN ETİBARINDAN DANIŞDI4-12-2013, 12:21 |
Müğənni Rəhim Rəhimli şou-biznesdəki dostluqlardan danışıb. Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında “Müğənnidən dost olmaz” ifadəsini işlədənlərin cavabını verib: "Həyatda dostum yoxdur" deyənlər bədbəxtdirlər. Onlar heç kimə lazım deyillər. Biri deyir ki, mənim ən yaxın dostum cibimdir, pulumdur, özüməm... Mənim də imkanım var, tanınmışam. Amma yaxşı dostlara da sahibəm. Dostluq insanın özündən asılı olan xüsusiyyətdir. "Şou nümayəndəsindən dost olmaz" ifadəsi ilə razı deyiləm. Mən xanım ifaçılardan Röya ilə çox yaxın dostam. O, gecə yarısı bir zəngimlə durub studiyaya gəldi. Mahnıda bekvokalım oldu. Əgər sən düzgün insansansa, qarşına da eləsi çıxar”. Geri qayıt |