Əsas Səhifə > Güney Press, Araşdırma > GÜLƏR ƏHMƏDOVA ÜÇÜN AZADLIQ YOLU...

GÜLƏR ƏHMƏDOVA ÜÇÜN AZADLIQ YOLU...


4-12-2013, 12:24
GÜLƏR ƏHMƏDOVA ÜÇÜN AZADLIQ YOLU...
Məhkəmə tərəfindən haqqında 3 il həbs cəzası çıxarılmış eks-deputat Gülər Əhmədova azadlığa buraxıla bilər.

Avropa.info-nun əldə etdiyi məlumata görə, birinci instansiya məhkəməsinin çıxardığı qərardan sonra, Apeliyasiya Məhkəməsinə müraciət edən Gülər Əhmədovanın məhkəmə prosesi bir qədər uzadıla bilər. Apeliyasiya Məhkəməsi isə,eks-deputatın dövlət qarşısındakı keçmiş xidmətlərini, azyaşlı övladının olmasını nəzərə alaraq onun cəzasını 2 ilə endirəcək. Proses o zamana kimi uzadılacaq ki, Gülər Əhmədovanın həbsindən 1 ili tamam olsun. Xatırladaq ki, eks-deputat bu ilin fevral ayının 12-də həbs olunub.

Əldə etdiyimiz məlumata görə, bundan sonra Gülər Əhmədova cəza çəkdiyi müəssənin yerləşdiyi rayon üzrə vaxtından tez azad olunmaqla bağlı məhkəməyə müraciət edəcək. Məhkəmə isə eks-deputatın iddiasını təmin edərək, cəzasının qalan bir ilini şərti cəza ilə əvəzləyəcək.

Gülər Əhmədovanın azadlığa buraxılmasının qanuni əsaslarını öyrənmək üçün tanınmış vəkil Osman Kazımova müraciət etdik. Avropa.info-ya açıqlamasında vəkil, Apeliyasiya Məhkəməsinin eks-deputatın cəzasını azaldacağı təqdirdə bunun baş verməsini istisna etmədi. "Ancaq indiki halda bu mümkün deyil. Çünki, Gülər Əhmədova ağır cinayətdə ittiham olunduğu üçün, yalnız cəzasının 3/2-ni çəkdikdən sonra məhkəməyə müraciət edə bilər. Yəni indiki halda, Gülər Əhmədova gərək 1 il 2 ay həbsdə qalsın ki, bundan sonra məhkəməyə müraciət edə bilsin. Amma Apeliyasiya Məhkəməsi onun cəzasını 1 il də azaltsa, eks-deputat bu hüququndan istifadə edə bilər".

Geri qayıt