Əsas Səhifə > Güney Press, Araşdırma > HEYDƏR ƏSƏDOVA İSMƏT ABBASOV "TƏLƏSİ"
HEYDƏR ƏSƏDOVA İSMƏT ABBASOV "TƏLƏSİ"4-12-2013, 12:26 |
Kənd Təsərrüfatı Nazirliyində (KTN) həyata keçirilmiş kadr siyasətindən sonra nazir postuna gətirilən Heydər Əsədov i lk gündən yeni komandasını formalaşdırmağa başladı. TİA.AZ bildirir ki, müavinləri ilə yollarını ayıran yeni nazir, idarə və xidmət rəhbərlərini də işdən çıxarmışdı. Amma Əsədovun üzləşdiyi əsas problemlər əvvəlki nazirin dönəmində yeyilmiş milyonların aqibəti ilə bağlıdır. Çünki böyük məbləğlərin xərcləndiyi sənəd üzərində varsa, alınmalı olan avadanlıqlardan xəbər yoxdur. Əldə edilən xəbərlərdə vurğulanır ki, Heydər Əsədovun izinə düşdüyü əsas məsələlərdən biri də KTN-in yanında Dövlət Baytarlıq Xidmətinin 1,2 milyon manatı nə etməsi ilə bağlıdır. Rəsmi məlumatlara görə, ayrılmış pulla maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədi ilə zəruri olan xüsusi təyinatlı avtomaşınların, avadanlıqların və digər ləvazimatların satın alınmalımış. "Innuendo S.A." şirkəti tərəfindən həyata keçiriləcək prosesə isə 1 193 623,19 manat vəsait ayrılıbmış. Amma ortada deyilənlərin heç biri yoxdur. Üstəlik, adı keçən şirkətin də keçmiş nazir İsmət Abbasova yaxın olan şəxsin imiş. Daha doğrusu, həmin maşın və avadanlıqlar var. Amma hamısı ya köhnədir, ya da xeyli istismara məruz qalıb. Məlumatlara görə, Rusiya və bəzi MDB ölkələrindən alınmış həmin vasitələrin bəzilərinin istismar müddəti belə bitibmiş. Amma keçmiş nazir İsmət Abbasovun nəzarəti altında həyata keçirilmiş proses ört-basdır edilib. İndi isə Heydər Əsədov bu məsələnin araşdırılması barədə göstəriş verib. Dövlət Baytarlıq Xidmətinin rəhbərliyi isə bu olaya heç bir şəkildə aydınlıq gətirə bilmir. Üstəlik, bunun üçün tutarlı əsaslandırmaları da yoxdur. Çatan bilgilərə görə, bu məsələ ilə əlaqədar cinayət işi də başlanıla bilər. Geri qayıt |