Əsas Səhifə > Cəmiyyət > SABİRABADDA MƏMURLARIN PUL SAVAŞININ TƏFƏRRÜATLARI - ŞOK!
SABİRABADDA MƏMURLARIN PUL SAVAŞININ TƏFƏRRÜATLARI - ŞOK!4-12-2013, 17:41 |
Sabirabad müəllimləri Maliyyə şöbəsinin müdiri Hüseynağa Gülüşovla Təhsil şöbəsinin müdiri Elman Bünyadovun arasında yaranan fikir ayrılığına görə noyabr ayı üçün nəzərdə tutalan əməkhaqqını ala bilmirlər. Bu haqda “Axar.az”a Sabirabad məktəblərinin bir qrup müəllimi məlumat verib. Redaksiyamızla əlaqə yaradan müəllimlər iki məmur arasında yaranan konfliktə əsas səbəb kimi Hüseynağa Gülüşovun Təhsil şöbəsinin müdirindən rüşvət tələb etməsini göstərirlər. Elman Bünyadov isə Maliyyə şöbəsinin müdirinə rüşvət verməkdən imtina etdiyinə görə onun qarşısında bürokratik əngəllər yaradılır. Təbii ki, məmurların vəzifə səlahiyyətlərindən sui-istifadəsində ən çox zərər çəkən aylıq məvacibə göz dikən Sabirabad təhsil işçiləri olur. Məlumatda bildirilir ki, Maliyyə şöbəsinin müdiri əməkhaqqlarını gecikdirməklə Sabirabad təhsil işçilərini Elman Bünyadova qarşı qaldırmaq istəyir: “Hüseynağa Gülüşov təhsil şöbəsinə pul ayrılmasının ləngitməsinə səbəb kimi xəstə uşaqların tədrisi adı altında sağlam uşaqların qeydə alınmasını göstərir. O hesab edir ki, Psixoloji Tibbi Komissiyadan keçən şagirdlərə qanunsuz olaraq epiqriz açılıb. Bu isə ayrılan vəsaitin təhsil şöbəsi ilə tibbi komissiya tərəfindən mənimsənilməsinə yol açır. Bundan başqa, Hüseynağa Gülüşov kənd məktəblərinin işləmədiyini əsas gətirirərək, sinif komplektasiyasının standarta uyğun gəlmədiyini iddia edir və əməkhaqlarını vermir”, - deyə xəbərdə iddia olunur. Təhsil Şöbəsinin müdiri deyilənləri təsdiqlədi Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri Elman Bünyadov əməkhaqqların gecikməsini və Maliyyə şöbəsinin müdiri ilə aralarında olan konfliktin səbəblərini “Axar.az” açıqladı: “Oktyabrın maaşında heç bir problem olmadı, amma noyabr ayı hələ ki, verilməyib. Hər gün dərs cədvəllərinə görə müxtəlif iradlar bildirilir. Təəssüf ki, çoxları müəllim maaşı ilə dolanmağın nə olduğunu bilmir, ona görə də maaşların verilməsində belə əngəllər yaranır. Mən indi durub dərs cədvəlini dəyişdirib, kiminsə haqqını yeyə bilmərəm. Məni tanıyanlar necə insan olduğumu yaxşı bilir. Qaldı xəstə uşaqların tədrisi adı altında sağlam uşaqların qeydə alınması məsələsinə və məktəblərdə davamiyyətin olmamasına, bu da yalandır. Bizdə ötən il 231 nəfər xəstə uşaq olub. Ondan əvvəlki il isə daha çox olub. Bu il Psixaloji Tibbi Komissiyadan 99 nəfər keçib. Psixaloji Tibbi Komissiyada isə bir psixoloq, iki həkim və iki inspektor var. Özü də həmin gün Maliyyə şöbəsinin müdiri özü gəlib baxdı və gördüklərindən pis olduğunu bildirdi. Hətta özü də dedi ki, mənim ürəyim ağrayır, buna baxa bilmirəm. Onu da bildirim ki, daha sonra üzrlü səbəbdən gələ bilməyən 34 nəfər də gəlib komissiyadan keçdi. Bizdə hər bir xəstə uşağın həkimdən epiqrizi var, hər bir uşaq Psixoloji Tibbi Komissiyadan keçib. Bu isə qanunsuz ola bilməz. Dərsə davamiyyət isə istənilən səviyyədədir. Sadəcə, müəyyən səbəblərdən qarşımda əngəllər yaradırlar. Bundan da ən çox zərər görən rayonumuzun təhsil işçiləri olur”. İstənilən səviyyədə araşdırma apara bilərsiniz Rayon Təhsil Şöbəsinin Psixoloji Tibbi Komissiyasının müdiri Pəhləvan Qarayev isə haqlarında səslənən ittihamların əsassız olduğunu bildirdi: “Psixoloji Tibbi Komissiyanın sədri mən olsam da, bizim komissiyanən tərkibində iki həkim və inspektor var. Xəstə uşaqlara isə epiqriz polikilinikanın baş həkiminin imzası ilə verilir. Yəni biz qanunsuz heç bir iş görmürük. Bunu istənilən səviyyədə araşdıra da bilərlər. Buna tam əmin ola bilərsiz”. Təəssüf ki, gün ərzində Sabirabad rayon Maliyyə şöbəsinin müdiri Hüseynağa Gülüşovla bir neçə dəfə əlaqə yaratmağa cəhd etsək də, zənglərimizə cavab vermədi. Geri qayıt |