Əsas Səhifə > Şou-biznes > “MƏN BUNUN FƏRQİNƏ VARMIRAM”
“MƏN BUNUN FƏRQİNƏ VARMIRAM”7-02-2012, 13:41 |
SEVGİ ETİRAFI İLƏ BİTMƏYİB, O, DƏFƏLƏRLƏ EVLİLİK TƏKLİFLƏRİ ALIR "Best Model of Azerbaijan"ın qalibi Azər Atakişiyevin təklif boğçasını tək yaradıcılıq işləri təşkil etmir. Siması Türkiyədə bəyənilən və yaxın gələcəkdə karyerasını qonşu ölkədə qurmağa hazırlaşan modelə çoxlu sayda evlilik təklifləri gəlir. Şəxsi həyatını çox zaman qabartmaq istəməyən modellə söhbətimiz bu mövzuda oldu. Modeldən əvvəlcə öyrənə bildik ki, onun diqqət mərkəzində əsasən özü kimi hündür və bədən quruluşu, siması gözəl xanımlardır. O, Milli.Az-a danışdı ki, intellektual səviyyəni hər şeydən üstün tutur. "Bəzən kişilərin seçimi xanımın əsmər və ya sarışın olması üzərində qurulur. Mən bunun fərqinə varmıram. Dost siyahımda çoxlu sayda xanımlar var ki, onları bu kateqoriyadan hesab etmək olar. Amma dost olub-olmamağa onlar yox, mən qərar edirəm". Onunla dost münasibəti qurmaq istəyənlərin saysız olduğunu dilə gətirən A.Atakişiyev əlavə edir ki, hər bir insana çevrəsində yer yoxdur. Onun dost bildiyi xanımlar arasında isə bir addım irəli gedib modelə sevgi etirafı edənlər də olub. Azərlə söhbətimizdə öyrənə bildik ki, iş sevgi etirafı ilə bitməyib, o, dəfələrlə evlilik təklifləri alır. "Hər kəsin fikrinə hörmətlə yanaşıram. Hansısa xanım öz hissini bildirir, amma mənim nöqteyi-nəzərimdə münasibətlər elə dost səviyyəsində qalmalıdır. Çünki mən həmin xanımları çevrəmə dost olaraq qəbul etmişəm", - deyən model onu da əlavə etdi ki, bu fikir onun evlənmək istəməməsi kimi qiymətləndirilməsin. Çünki o, özünün seçəcəyi xanımla nikaha girib, ailə sahibi olmaq istəyir: "Atalar misalı var ki, tez evlənən uduzmaz. Mənim də ailə qurmaq fikrim var. Amma yaxın zaman kəsiyində qarşımda yalnız karyeram üçün önəm daşıyan planlarımdır. Onların həllinə doğru gedirəm. Amma həyatın da öz sürprizləri olur. Elə olar ki, böyük karyeraya başladığım bir zamanda evlilik qərarı da verə bilərəm. Əgər tezliklə belə bir hadisə baş verərsə, evlilik niyə də olmasın?" Geri qayıt |