Əsas Səhifə > Sosial, Manşet > AYAZ MÜTƏLLİBOVUN SƏHHƏTİNDƏ PROBLEM YARANIB

AYAZ MÜTƏLLİBOVUN SƏHHƏTİNDƏ PROBLEM YARANIB


5-12-2013, 09:43
AYAZ MÜTƏLLİBOVUN SƏHHƏTİNDƏ PROBLEM YARANIB
KEÇMİŞ PREZİDENTİN DURUMU PİSLƏŞƏRSƏ, XƏSTƏXANAYA KÖÇÜRÜLƏ BİLƏR

DİA.AZ: - Elə bu dəqiqələrdə aldığımız məlumatlardan aydın olur ki, keçmiş prezident Ayaz Mütəllibovun səhhətində problemlər yaranıb. Məlumatı DİA.AZ-a verən mənbə bildirir ki, sabiq dövlət başçısı son bir ayda ciddi şəkildə həkim müayinəsi altında olub.

Xatırladaq ki, bir neçə ay əvvəl də Ayaz Mütəllibovun sağlıq durumunda problemin yaranması haqda informasiyalar yayılmışdı. Amma nədənsə həmin zaman bu xəbər kəskin formada təkzib olundu.

Bu dəfə məlumatı verən mənbə bildirir ki, keçmiş prezident ev şəraitində müalicə alsa da, onun xəstəxayana köçürülməsi zərurəti də yarana bilər. Xəbərə görə, Ayaz Mütəllibov güclü qan təzyiqindən və ürək ağrılarından şikayətçidir.

Günün sonuna qədər yeni bilgiləri də diqqətinizə çatdırmağa çalışacağıq. Bizi izləyin…

Geri qayıt