Əsas Səhifə > Şou-biznes > XATİRƏ: "AİLƏMDƏ SÖZ-SÖHBƏTƏ SƏBƏB OLDU"

XATİRƏ: "AİLƏMDƏ SÖZ-SÖHBƏTƏ SƏBƏB OLDU"


5-12-2013, 10:17
XATİRƏ: "AİLƏMDƏ SÖZ-SÖHBƏTƏ SƏBƏB OLDU"
Müğənni Xatirə İslam ailəsindən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi "Pərdə" verilişinə açıqlamasında sosial şəbəkədə şəkil paylaşmağın ailəsində söz-söhbətə səbəb olduğunu bildirib:

“Nə vaxt ailəmin şəkillərini İnstaqrama qoyuram, peşman oluram. Bir dəfə oğlumun fotosunu yerləşdirdim, uşaq xəstələndi. Hərarəti qalxdı, tez şəkli çıxartdım. Arada olur ki, həyat yoldaşımla fotomuzu qoyuram. Bu dəfə də heç nədən evimizdə söz-söhbətə səbəb oldu. Tez gözə gəlirik. Çalışıram, ailəmin şəkillərini sosial şəbəkədə paylaşmayım.

Evdə həmişə sakitlik olur. Mən elə şərait yaratmıram ki, o mənə nəsə irad bildirsin”.

Geri qayıt