Əsas Səhifə > Güney Press, Üçüncü sektor > KƏRƏM HƏSƏNOVUN MÜDHİŞ KORRUPSİYA MƏNBƏYİ
KƏRƏM HƏSƏNOVUN MÜDHİŞ KORRUPSİYA MƏNBƏYİ5-12-2013, 11:01 |
Azərbaycanda büdcə pullarının dağıdılmasının ən optimal yollarından biri də onun tikintiyə sərf olunmasıdır. Buna səbəb isə tikinti vasitəsi ilə böyük məbləğdə vəsaitlərin asanlıqla silinə bilməsidir. Məsələn, bu yaxınlarda məlumat vermişdik ki, İqtisadi İnkişaf Nazirliyi Yevlaxda bir inzibati binanın inşasına 10 milyon manat pul sərf edib. Jam.az-ın əldə etdiyi məlumata görə, ölkədə İİN-in atasına rəhmət oxuduracaq daha bir dəhşətli layihə həyata keçirilirmiş. Belə ki, bu bu layihə birbaşa Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlıdır. Həmin məlumatlara görə, Kərəm Həsənovun sədri olduğu komitə özünə yeni inzibati bina inşa etdirir və bunun üçün ayrılan vəsaitin həcmi isə dodaq uçuqlatdırır. Rəsmi məlumatlara görə, həmin məqsədlə 86 106 077 min manat pul ayrılıb. Buraya tikinti-quraşdırma, abadlıq işləri və avadanlıqların satın alınması daxildir. İşlərin həyata keçirilməsi isə «SMTS» MMC-yə tapşırılıb. Bəzi iddialara görə, işin icraçısı olan sözügedən şirkət komitə sədrinin deputat qardaşı Malik Həsənova məxsusdur. Burada işin ilginc tərəfi sözügedən komitə üçün binanın inşa edilməsi deyil, bu qədər pula binanın tikilməsidir. 86 milyon manatın heç də kiçik rəqəm olduğunu demək mümkün deyil. Və bu qədər pullar Bakıda onlarla hündürmərtəbəli binanın inşa edilməsi də reallıqdır. Qəribə və ilginc olan odur ki, 86 milyon manatlıq bina nə boyda olacaq və ümumilikdə, bu qədər xərc çəkməyə dəyərmi? Şübhəsiz ki, burada başlıca məqsəd heç də komitə üçün bahalı bina tikmək deyil. Əsas məqsəd büdcədən ayrılmış pulların silinməsini asanlıqla həyata keçirməkdir. Çünki zaman içində belə işlər sayəsində milyonların ayrı-ayrı məmurlar tərəfindən mənimsənildiyi halları tez-tez təsadüf olunandır. Bu şansdan bir də Kərəm Həsənov üçün yaranıb və onun da bundan yararlanmaq «haqqı» var. Geri qayıt |