Əsas Səhifə > Cəmiyyət > ŞOK: BAKIDA MƏMUR ÖZ MÜAVİNİNİ MƏHKƏMƏYƏ VERDİ
ŞOK: BAKIDA MƏMUR ÖZ MÜAVİNİNİ MƏHKƏMƏYƏ VERDİ5-12-2013, 12:30 |
Bakı şəhər Baş Baytarlıq İdarəsində rəis-müavin çəkişməsi; Şahmar Abdullayev öz müavini Adil Usubovu korrupsiya ittihamı ilə məhkəməyə verib; rəis öz müavinini baytarlıq idarəsinə ayrilan vəsaiti mənimsəməkdə ittiham edib… Bir müddət Bakı şəhər Baş Baytarlıq İdarəsində rəisi Şahimar Abdullayevlə müavini Adil Usubov arasında çəkişmələrin olması barədə məlumat vermişdik. Kənb Təsərrüfatı Nazirliyndə rəhbərlik dəyişdikdən sonra isə ikili arasında mübarizə son həddə çatıb. Bu barədə Bakı şəhər Baş Baytarlıq İdarəsindəki mənbədən daxil olan məlumata görə idarə rəisi Şahmar Abdullayevlə müavini Adil Usubov arasında çəkişmə uzun müddətdir davam edir. Hətta daxil olan məlumatda bildirilir ki, idarə rəisi Şahmar Abdullayev təqribən 6 ay əvvəl müavini Adil Usubovu Baş Baytarlıq İdarəsinə ayrılan vəsati mənimsəməkdə ittiham edərək məhkəməyə verib. Mənbə bildirir ki, rəis və müavini arasında baş vermiş “vəsait mənimsənilməsi” problemi hardasa 6 ay bundan qabaq yaranıb. Şahmar Abdullayev Kənd Təsərüfatı Nazirliyinin xətti ilə idarəyə ayrılan vəsaitin böyük bir hissəsini müavini tərəfindən mənimsənildiyini iddia edib və bununla bağlı o zamankı kənd təsrrüfatı naziri İsmət Abbasova müraciət edib. Şahmar Abdullayev nazirə müraciətində bildirib ki, o, məzuniyyətdə olduğu zaman müavini Adil Usubov Baş Baytarlıq İdarəsinin baş mühasibi ilə əlbir olaraq idarəninin bir neçə yüz manat vəsaitini mənimsəyib. Bildirilir ki, nazirdə öz növbəsində vəsaitin hara xərclənməsinin araşdırılmasını və lazımı hüququ adımların atılması ilə bağlı təlimat verib. Mənbə Şahmar Abdullayevin müavini ilə aralarının bü cür açılmasının səbəbini isə onunla izah edir ki, Adil Usubov həyata keçirdiyi maxinasiya nəticəsində əldə etdiyi yüzminlərlə manat vəsaiti rəsi ilə bölüşməkdən imtina edib. Məlumata əsasən Şahmar Abdulalyevin əvvəldən də müavini ilə münasibətləri heç də rəvan olmayıb. Adil Usubov idarəyə müavin gətirildikdən sonra idarəyə rəis keçəcəyi barədə söz-söhbət bitmək bilməyib və bu da Şahmar Abdullayevlə Adil Usubovun arasında həmişə gərginliyn olmasına yol açıb. Adil Usubovun Baş Prokurorun müavini Rüstəm Usubovun böyük qardaşı olması isə, idarədə həmişə Adil Usubovun önə çıxmasına və Şahmar Abdullayevin kölgədə qalmasına səbəb olub. Məzuniyyətdə olduğu dönəmdə isə, müavinin Baytarlıq İdraəsinə ayrılan vəsaiti baş mühasiblə birləşərək bəzi avadanlıqların alınması adı altında “xırd” etməsi Şahmar Abdullayevin səbrini daşırıb və rəis öz müavininə qarşı açıq savaş elan edib. Məluamtlı şəxs qeyd edir ki, Adil Usubovla Baytarlıq İdarəsinin adını dəqiqləşdirə bilmədiyimiz xanım baş mühasibi arasında yaxın münasibət mövcuddur və baş mühasibin bu vəzifəyə gətirilməsidə Adil Usubovun səyi nəticəsində olub. Nazirə etdiyi şikayətin də heç bir nəticə vermədiyni görən Şahmar Abdullayev isə «mənimsənilmə» faktının gələcəkdə onun üzərində qalacağından və buna görə vəzifədən alınacağından ehtiyat edərək yeyinti faktı ilə bağlı Səbail rayon məhkəməsinə müraciət edib. Amma iş bir müddət Səbail məhkəməsində qalıb və icraata alınmayıb. Daha sonra isə Şahmar Abdullayev iddasını geri çəkib. Lakin məlumata əsasən Şahmar Abdullayev bununla müavininə qarşı savaşı durdurmayıb. Baytarlıq idarəsinin rəisi bir Adil Usubova bağlı olan və paytaxtda ət satışını həyata keçirən bir neçə iş adamını saxta lisenziya aldıqlarına görə məhkəməyə verib. Həmin şəxslərə isə saxta sənədi məhz Adil Usubovun verdiyi bildirilir. Elə bu üzdən də rəislə müavini arasında savaş yenidən qızışıb. Mənbəninin bildirdiyinə görə Şahmar Abdullayev saxta lisenziylarla bağlı hazırda Səbail rayon məhkəməsində 4, Yasamal məhkəməsində isə 2 iddia qaldırıb. Bildirilir ki, bütün bu məhkəmə çəkişmələrində Şahmar Abdullayevin əsas məqsədi özünü sığortalamaqdır. Çünki idarə rəisi məhkəmyə və hüquq-mühafizə orqanlaroına müraciət etməsi ilə bağlı sənədlərin sürətini özündə saxlayır və ona qarşı hər hansı bir iddanın olduğu şəraitdə həmin sənədləri ortaya qoymaqla özünün təhlükəsizliyinin təminatını yaradır. Yazıda adı keçən şəxslərin möqeyini dərc etməyə hazırıq…pia.az Geri qayıt |