Əsas Səhifə > Güney Press, Araşdırma > BAKIDA 11 İL ƏVVƏL BAŞ VERMİŞ QƏTLDƏ ŞÜBHƏLİ MƏQAMLAR

BAKIDA 11 İL ƏVVƏL BAŞ VERMİŞ QƏTLDƏ ŞÜBHƏLİ MƏQAMLAR


6-12-2013, 09:10
BAKIDA 11 İL ƏVVƏL BAŞ VERMİŞ QƏTLDƏ ŞÜBHƏLİ MƏQAMLAR
Son 20-25 ildə bir çox ağır cinayət hadisələri, qətllər baş vermişdir ki, bu günədək müxtəlif səbəblərdən üstü açılmamış qalır. Söhbət təkcə hüquq-mühafizə orqanlarının səriştəsizliyindən getmir. Bu ağır cinayətlərin açılmamasında, cinayətkara yüksək vəzifəli şəxsin himayədarlıq etməsi əsas ola bilər. Ya da ortada belə bir şübhənin reallığa yaxın olması ilə bağlı ehtimallardır.

Eyni zamanda biz iddia eləmirik ki, ortada olan şübhələr tam reallığa uyğundur. Yəqin ki, aşağıda haqqında bəhs edəcəyimiz qətl hadisəsi ilə bağlı işin materialları ilə tanış olduqdan sonra sizlər də hansısa qənaətə gələ bilərsiniz.
Onu da qeyd edəki ki, elə ağır cinayət hadisələri var ki, ya “srok”u keçib, ya da iştirakçılar çoxdan dünyalarını dəyişiblər. Ancaq haqqında bəhs edəcəyimiz hadisə belə deyil.

Beləliklə 2002-ci ildə baş vermiş qətl hadisəsi ilə bağlı materialları dərc edirik.
Saray qəsəbəsi qəbristsanlığının yaxınlığında qətilə yetirilən Ə. Tərlan adlı şəxsin meyidi çobanlar tərəfindən aşkarlanıb. Bu şəxs Bakı şəhərində anadan olmuş, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlində ilk məhkumluq həyatını yaşamışdır.

Tərlanın bacısı Ə. Zümrüd Bakı şəhərində anadan olub. Zümrüdün həyat yoldaşı B. Elçin adlı şəxs Sumqayıt Gömrük İdarəsinin əməkdaşı olub. Elçinin bacanaqlarından biri İran Milli Bankında çalışıb. Ə.Tərlanın həyat yoldaşı rus millətindən olan qadındır.

Ə.Tərlanın digər bacısı Ə.Reyhan adlı xanımdır. Və o da Bakı şəhərində yaşayır.
Operativ istintaq araşdırmaları zamanı məlum olub ki, 15.03.2002-ci il tarixdə ,saat 21:00 radələrində Ə.Tərlanı qonşusu görüb. Martın 15-dən 16-sına keçən gecə, saat təxminən 3:00 radələrində Ə.Tərlan qətlə yetirilib. Baş nahiyəsinə odlu silahla güllə atılıb. Tərlanın saçlarının yanması onu göstərir ki, güllə çox yaxın məsafədən atılaraq beynini dağıtmış və güllə çıxmışdır. Hadisə yerində güllənin gilizləri tapılmamışdır. Çox ehtimala görə Tərlan həmən ərazidə yox, başqa yerdə qətlə yetirilərək sonradan onun cəsədini həmən əraziyə gətirib atılıb...

Bizi izləyin...
Tamerlan Zeynallı Qafqaznews.az

Geri qayıt