Əsas Səhifə > Dünya > RUSLAR MİQRANT KVOTALARINI ELAN ETDİLƏR
RUSLAR MİQRANT KVOTALARINI ELAN ETDİLƏR6-12-2013, 10:21 |
Rusiya 2014-cü ildə 100 min miqrant qəbul edəcək. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 2014-cü ildə 95 min 880 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsə Rusiya ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi planlaşıdırılır. Moskva şəhəri üçün müəyyənləşdirlimiş maksimum kvotaya görə 7 min miqrant burada yaşamağa icazə veriləcək. Rusiya Federal Hökümətinin Nazirlər Kabinetinin saytında yerləşdirilən məlumata görə, Rusiyada vətəndaşlığı olmayan və xarici vətəndaşların müvəqqəti yaşayışı üçün 95,8 min içazə kvotası təsdiqlənib. Kalinqrad və Novosibirsk vilayətləri üçün 4 min nəfərlik, Başqırdıstan üçün 3,5 min icazə kvotası müəyyənləşdirilib. Ən az kvota həddi 50 icazə kağızı ilə Kalmikiya və Nemes muxtar dairələri üçün nəzərdə tutulub.Sankt-Peterburda miqrantların müvəqqəti yaşaması üçün 1,5 min icazə kvotası təsdiqlənib. Geri qayıt |