Əsas Səhifə > Güney Press, Üçüncü sektor > RATİ BAĞLANA BİLƏR

RATİ BAĞLANA BİLƏR


7-02-2012, 17:11
RATİ BAĞLANA BİLƏR

""AZƏRBAYCAN" QƏZETİNDƏ BİZİM ƏLEYHİMİZƏ SİLSİLƏ MƏQALƏLƏR DƏRC OLUNUB"

DİA.AZ: - Bu gün Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov mətbuat konfransı keçirib. DİA.AZ-ln məlumatına görə, o, mətbuat konfransında RATİ-yə olunan təzyiqlərdən danışıb:

“Bizə və partnyorlarımıza qarşı təzyiqlər başlanıb. Belə təzyiqlər dəfələrlə olub, sonuncu təzyiq isə bizim “Sing for democracy” təşkilatı ilə partyorluğumuz başlayandan indiyə qədər davam edir. Qeyd edim ki, RATİ 2006-cı ildən fəaliyyət göstərir və Ədliyyə Nazirliyində qeyri-kommersiya obyekti kimi qeydiyyatdan keçib. Fəaliyyətimiz dövründə beynəlxalq təşkilatların diqqətini Azərbaycanda insan haqqlarının vəziyyətinə cəlb edə bilmişik. Odur ki, hakimiyyət bizə qarşı “qara piar” kampaniyasına başlayıb. “Azərbaycan” qəzetində bizim əleyhimizə silsilə məqalələr dərc olunub. Ötən həftənin cümə günü mənim ünvanıma Ədliyyə Nazirliyi tərəfindən törətmədiyimiz nöqsanlara görə, rəsmi xəbərdarlıq məktubu göndərilib. Məktubda qeyd olunur ki, guya mən bir neçə dəfə sədr seçildiyim vaxtlarda Ədliyyə Nazirliyinə məlumat verməmişəm. Amma faktiki olaraq, hər dəfə sədr seçiləndə Ədliyyə Nazirliyinə rəsmi sənəd yollamışam və nazirlik təsdiq edib. Qanuna görə, QHT-yə iki dəfə xəbərdarlıq edildikdən sonra Ədliyyə Nazirliyi həmin QHT-nin bağlanması haqqında məhkəmədə iddia qaldıra bilər. Biz bununla bağlı bütün beynəlxalq təşkilatlara müraciət edəcəyik”.

Daha sonra Emin Hüseynov bildirib ki, Ədliyyə Nazirliyi onların Naxçıvan büroları ilə bağlı şikayətlərin də olduğunu iddia edib. Guya ki, www.nakhchivan.org.az saytında Naxçıvanın yerli məmurları ilə bağlı dəqiqləşdirilməmiş məlumatlar yayılıb. Emin Hüseynov bildirin ki, artıq bununla bağlı beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıblar və 54 insan haqqlarının müdafiə təşkilatının dəstəyinə ümidlidirlər.


Geri qayıt