Əsas Səhifə > Cəmiyyət, Manşet > AYDIN BƏŞİROVUN ŞOK MALİYYƏ MAXİNASİYALARI

AYDIN BƏŞİROVUN ŞOK MALİYYƏ MAXİNASİYALARI


6-12-2013, 15:58
AYDIN BƏŞİROVUN ŞOK MALİYYƏ MAXİNASİYALARI
DİA.AZ: - Azərbaycanda uzun müddət vəzifədə çalışanların ona göstərilən etimaddan sui-istifadə hallarına yol verməsi faktı dəfələrlə müşahidə olunub. Bəzi idarə və müəssisə rəhbərləri onlara tapşırılan, daha doğrusu etibar edilən vəzifəni layiqincə icra etmək əvəzinə, şəxsi maraqlarını daha üstün tutublar. Elələri də var ki, nəinki özünü, hətta nəsil-nəcabətinin gələcəyini təmin etmək iddiasına düşür. Təbii ki, geç-tez belələri “taxtdan salınır” və cəmiyyətdə arzuolunmaz şəxsə çevrilir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq şefi Aydın Bəşirov da öz əməlləri ilə sadalanan titullara sahib çıxmış vəzifəli şəxslərdən olduğu bildirilir.

Artıq mətbuatda keçmiş CASPAR şefinin qanunsuz yollarla əldə etdiyi milyonlar səltənəti, mənimsədiyi vəsaitlər hesabına yiyələndiyi mülkləri və ən nəhayət vəzifəsindən sui-istifadə edərək qurduğu biznes fəaliyyəti barədə ilginc məlumatlar yayılmaqdadır. Baxmayaraq ki, Bəşirov yazılanları təkzib edir, ancaq sabiq şef nəzərə almalıdır ki, “cidanı çuvalda gizlətmək olmaz”. Əgər hər şey Aydın müəllimin dediyi kimidirsə, doğrudan da Odessada şəxsi donanması, Azərbaycanda onlarla yaxtası yoxdursa, bütün bunları vəzifədə olduğu zaman yol verdiyi maliyyə fırıldaqları nəticəsində əldə etməyibsə, onda niyə və nədən ehtiyat edərək ölkəni tərk etmək niyyətinə düşüb.

Məlumata görə, Aydın Bəşirovun Odessada 50-dən çox gəmisi olan şəxsi donanmaya sahibdir. Ukraynada qeydiyyatdan keçən və Aydın Bəşirovun oğlu İlqar Bəşirovun rəhbərlik etdiyi bu şirkət “Sail Traidind” adlanır. Donanmanın tərkibində tankerlər, quru yükdaşıyan və yedək yük gəmiləri var. Oğul Bəşirovun rəhbərlik etdiyi özəl gəmiçilik idarəsi “Kaspar” gəmilərindən daha çox yükdaşıma ilə məşğul olur. Əslində yük daşımaları məsələsində “Kaspar” gəmilərinin qəsdən kənarda saxlanması ağlabatan bir versiyadır. Çünki, vəzifəli şəxslərin yaxınlarının elan edilən tenderlərdə qalib gəlmələri, yaxud ona yaxın şirkətlə müqavilələrin imzalanması bizim məmurlar üçün xarakterik haldır. İstisna deyil ki, Aydın müəllim də Azərbaycandan yük daşımaları kənar şirkətlərə deyil, məhz öz öğluna “etibar” etsin. Odur ki, iddia olunur ki, Aydın Bəşirovun Xəzər Gəmiçiliyinə məxsus gəmiləri işlək vəziyyətə gətirməməsinin bir səbəbi də özünün “Sail Traidind” şirkətinin daha fəal işləməsi istəyindən irəli gəlib. Yəni, Xəzər Dəniz Gəmiçiliyinə sifarişləri yerinə yetirmək üçün gəmilərin yetərli olmaması görüntüsünü yaratmaqla, sifarişlərin bir hissəsi özəl şirkətə transfer edilib.

Necə deyərlər, dövlət məmurunun hərəkətsizliyi dövlət büdcəsinə ziyan, ailə büdcəsinə isə xeyir gətirib. Şübhəsiz ki, belə bir addımın atılmasında cənab Bəşirovun tutduğu vəzifə, həmin status hesabına Xəzərətrafı ölkələrin müvafiq qurumları ilə yaradılan əlaqələr də mühüm rol oynayıb. Elə bu səbəbdən də Aydın Bəşirova məxsusluğu bildirilən gəmilərin Xəzərin Azərbaycana aid olmayan hissəsində sərbəst hərəkəti mümkün olub. Bu sahəyə müdaxilə etmək istəyində olan özəl şirkətlər isə sadə dildə desək faiz ödəmələri ilə kənarlşdırılıb. Yeri gəlmişkən, hazırda ona məxsus yaxtaları Azərbaycan ərazisində- Pirallahı adasındakı imarətində və Bakı bulvarı yaxınlığında saxladığı və həmin yaxtaların həddindən artıq baha olduğu bildirilir.

Bu yaxtaların CASPAR-a məxsus gəmilərin təmiri adı ilə silinmiş külli miqdarda vəsait hesabına alındığı yayılan məlumatlar sırasındadır. Üstəlik gəmilərin təmirinin də özünəməxsus qaydada aparılması barədə məlumatlar var. Belə ki, təmir məqsədilə saxlanılan gəmilərin saz hissələri ya özününkləşdirilib, ya da açıq şəkildə satışa çıxarılıb. Özü də bu prosesə Aydın müəllimin bacısı oğlunun rəhbərlik etdiyi söylənir. Təsadüfi deyil ki, sabiq şef vəzifədən azad edildikdən sonra 40-a yaxın gəminin döğranaraq metalloma təhvil verilməsi faktı üzə çıxıb.

DİA.AZ bildirir ki, Aydın Bəşirovun özfəaliyyəti təkcə CASPAR-a məxsus gəmiləri öz şəxsi mülkü kimi istifadə etməklə bitməyib. Onun həmçinin Xəzər Dəniz Gəmiçiliyinə məxsus digər mülklərdən də şəxsi maraqları üçün istifadə etdiyi söylənir. Belə ki, Aydın Bəşirov ona qətiyyən aidiyyatı olmayan, CASPAR-a məxsus İçərişəhərdəki binanı xalq artisti Məleykə Əsədovaya bağışladığını etiraf edib. Nə qədər qəribə olsa da bunu xalq artistinə qarşı olan “simpatiyası”nın təzahürü kimi dəyərləndirir.

Maraqlıdır, görəsən Aydın müəllim sinpatiya bəslədiyi daha hansı sənət adamlarına CASPAR-dan hədiyyə edib? Əslində Aydın müəllimin CASPAR-a məxsus əmlakla şəxsi mülkiyyəti kimi davranmasına mane olacaq elə bir baryer də olmayıb. Çünki, sabiq gəmi şefi rəhbərlik etdiyi sahənin bütün səalhiyyətli postlarına öz qohum-əqrabasını yerləşdirmişdi. Bu isə, A. Bəşirova gəmilərin təchizatından tutmuş kadrların yerləşdirilməsinə qədər bütün sahələrdən gəlir əldə etməsinə imkan verib.

Geri qayıt