Əsas Səhifə > Sosial, Manşet > VERGİLƏR NAZİRİNİN BAŞI DƏRDDƏDİR
VERGİLƏR NAZİRİNİN BAŞI DƏRDDƏDİR8-02-2012, 12:55 |
FAZİL MƏMMƏDOV HAKİM DÜŞƏRGƏDƏN YOLA SALINAN İLK NAZİR OLACAQ DİA.AZ: - Son günlər hakim düşərgədə çox ciddi kadr islahatlarının həyata keçiriləcəyi ilə bağlı məlumatlar intensivləşsə də, hləlik bu yöndə heç bir addım atılmır. Sanki qışın kəskin soyuqları ölkəmiz kimi, ictimai-siyasi prosesləri də dondurararaq bütün hərəkətlənmələrin ertələnməsinə nədən olub. Əslində məsələ heç də göründüyü kimi deyil və Nazirlər Kabinetindəki məlumatlı qaynaqlardan «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) ötürülən xəbərlərdən də aydın olur ki, hakim düşərgə çox ciddi tədarük içindədir. Bu barədə qaynağın iddia etdikləri: «Məsələ tamam fərqlidir. Əslində bir neçə nazirin görəvdən alınması üzərində iş gedir. Bütün bunlara təbii yanaşmaq lazımdır. Çünki hakim komanda istərs-istəməz yenilənməlidir». «Kimin birinci olacağı» ilə bağlı sualımıza isə mənbəmiz çox maraqlı bir açıqlama verdi: «Hədəfdə Vergilər Naziri Fazil Məmmədovdur. Bəllidir ki, onun düşmənləri yetərincədir. Əslində bu düşmənçilik də təbii yolla baş verir. Vergilər nazirliyinin müfəttişləri ayrı-ayrı oliqarxların da maraqlarını tapdamalı olurlar. Necə ki, bir zamanlar Fərhad Əliyev çox ciddi düşmən çevrəsi qazanmışdı, indi də Fazil Məmmədov eyni durumdadır». Bu səbəbdən Fazil Məmmədova qarşı çox ciddi rəqib koalisiyasının formalaşdığını bildirən mənbəmizin sözlərinə görə, həmin qruplaşma neçə müddətdir ki, VN şefinin ayağının altını qazmaqla məşğuldurlar: «Bütün bunlar nəhayətdə öz «bəhrəsini» vermək üzərədir və bu ilin may ayından sonra Fazil Məmmədov görəvindən alınacaq». Geri qayıt |