Əsas Səhifə > Sosial, Manşet > QARABAĞA GÖRƏ SƏRKİSYAN İQTİDARI DEVRİLƏ BİLƏR

QARABAĞA GÖRƏ SƏRKİSYAN İQTİDARI DEVRİLƏ BİLƏR


9-12-2013, 09:49
QARABAĞA GÖRƏ SƏRKİSYAN İQTİDARI DEVRİLƏ BİLƏR
RUSİYALI POLİTOLOQLAR ERMƏNİLƏRİN BAŞININ ALTINA YASTIQ QOYUR

DİA.AZ: - Keçən həftə rusiyalı politoloq, Rusiya Elmlər Akademiyası Avropa İnstitutunun MDB ölkələri Strateji İnkişaf Mərkəzinin direktoru Aleksandr Qusev Ermənistan KİV-lərinə açıqlamasında düşmən ölkənin 2044-cü ilə qədər arxayın yaşayacağını bildirdi. Qusevin sözlərinə görə, həmin ilə qədər Ermənistanın təhlükəsizliyinin qarantı Rusiyadır. Qusev eyni zamanda Kreml-Bakı danışıqlarından tədrigin olan ermənilərə bir təskinlik verərək bəyan etdi ki, İrəvan bu sarıdan da arxayın ola bilər, çünki Rusiya Azərbaycanı Gömrük İttifaqına qoşulması üçün təhrik siyasəti yürütmür.

Təbii ki, Qusevin və digər rusiyalı politoloq Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazı öyrənən Mərkəzinin eksperti Andrey Areşevin Ermənistana verdikləri təhlükəsizlik qarantı 2044-cü ildə Rusiya qoşunlarının Ermənistanda dislokasiya müddəti başa çatması ilə əlaqədardır. Və həmin 2044-cü ildə müqavilə yenilənə bilər. Yəni Rusiya özünün forpostu elan etdiyi Ermənistanın daima mühafizəsində dayana bilər. Amma həm Qusevin və həm də Areşevin Azərbaycan-Rusiya münasibətləri ilə bağlı söylədikləri daha çox ermənilərin arxayın salınması üçün söylənilən bir yalan idi.

Hər halda, son bir ildə Kremlin rəsmi Bakıya qarşı atdığı təzyiq xarakterli addımlardan da anlaşılanı budur. Və bu bir faktdır ki, son iki ayda Rusiyada yaşayan miqrantlara qarşı belə «səlib yürüşünə» start verən Rusiyanın rəsmi dairələri bu prosesdə Ermənistan vətəndaşlarının zərər görməməsi üçün nəinki polislərə, hətta nəzarətləri altında olan dazbaşlarına - skinhedlərə belə xüsusi təlimat veriblər. Elə buna görə də, hətta azərbaycanlılara qarşı rus neofaşistlərinin hücumlarında ermənilər də slavyan millətçisi qiyafətində iştirak edirlər. Eynən 100 il əvvəl olduğu kimi…

Amma vəziyyət heç də Qusevin və Areşevin təsvir etdikləri şəkildə deyil. Rusiya heç də Azərbaycanın Gömrük İttifaqına qoşulmasında hər hansı maraq göstərmir - fikrinin heç bir əsası yoxdur. Əgər vəziyyət həqiqətən də belədirsə, o zaman yaşadığımız və yaşamaqda olduğumuz bu həngamə nə ilə bağlıdır?

Bununla bağlı DİA.AZ-a açıqlamasında hökumət içindəki mötəbər mənbə də iddia edir ki, artıq rəsmi Bakı ilə Kreml arasında danışıqlar davamlı olaraq həyata keçirilir. Xatırladaq ki, bu günlərdə Azərbaycan dövləti adından aparılan danışıqlarla bağlı xüsusi açıqlama verən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov da təsadüfi olaraq vurğulamamışdı ki, bütün danışıqlarda rəsmi Bakı Azərbaycanın dövlət maraqlarını ciddi və fəal şəkildə müdafiə edir, bu mövqedən çıxış edir.

QARABAĞA GÖRƏ SƏRKİSYAN İQTİDARI DEVRİLƏ BİLƏR

Əslində belə bir danışıqların, müzakirələrin aparılması artıq xarici KİV-lərin də xəbərinə çevrilib. Elə buna görədir ki, Ukraynanın ardından Azərbaycanı da itirmə təhlükəsi ilə üz-üzə qalan Avropa tələm-tələsik şəkildə rəsmi Bakının illərdən qalan arzu və istəklərini yerinə yetirməyə çalışır. Çünki Avropada da yaxşı bilirlər ki, onların Azərbaycanı itirmələri təkcə Azərbaycanın itirilməsi anlamına gəlmir, eyni zamanda Gürcüstan və bütünlükdə olaraq Cənubi Qafqaz ərazisi itirilmiş olur, Cənubi Qafqaz maraqları ciddi şəkildə zərbə almış olur.

Buna görə də Avropanın Cənubi Qafqazda qollarını çırmadığı bir faktdır. Bu barədə danışan bilgili qaynaq redaksiyamıza açıqlamasında bir maraqlı faktı da açıqladı: «Ermənistanın dövlət rəhbərliyi Rusiyanın Qarabağ məsələsində Azərbaycanın yanında dayanacağının tam fərqindədirlər. Buna görə, hətta İrəvanda hakimiyyətin özünün də iştirakı ilə bir dövlət çevrilişi şousu hazırlanır. Yaxın günlərdə belə bir hadisə baş verə bilər. Əgər ruslar operativ şəkildə müdaxilə etməzlərsə»…

Geri qayıt