Əsas Səhifə > Şou-biznes > CAVANŞİR MƏMMƏDOV UŞAQLARLA "RAZBORKA"SINDAN DANIŞDI

CAVANŞİR MƏMMƏDOV UŞAQLARLA "RAZBORKA"SINDAN DANIŞDI


9-12-2013, 10:10
CAVANŞİR MƏMMƏDOV UŞAQLARLA "RAZBORKA"SINDAN DANIŞDI
Müğənni Cavanşir Məmmədov bu yaxınlarda yayılan videosundan danışıb.

Sənətçi Axşam.az-a açıqlamasında bildirib ki, yeniyetmə oğlanlara nəsihət verməklə düzgün hərəkət edib. O, təndiqlərə əhəmiyyət vermədiyini bildirib:

“Əvvəla, onu deyim ki, həmin video yeni deyil, bir il bundan qabaq çəkilib. Mən orada o oğlanlara bir böyük kimi məsləhət verdim. Bu yaşda əllərində siqaret, salamsız, mədəniyyətsiz şəkildə məndən söz soruşdular. Mən də onları başa saldım. Onlar küçə uşaqlarıdır. Dedim ki, deyəsən, sizin yeriniz gələcəkdə türmədə hazırdır. Bu həyat tərzi ilə onları nə gözləyir? Belələrini öyrətmək lazımdır. Sosial şəbəkələrdə yazılanlar mənə maraqlı deyil. Məni tənqid edənin ağlı yoxdur. Onların özünə qarşı belə hərəkət edilsəydi, necə reaksiya verərdilər?”.

Qeyd edək ki, videoda Cavanşir Məmmədov televiziya kanallarından birinə müsahibə verən zaman küçədə gəzişən uşaqların müğənnidən avtomobilinin qiymətini soruşması onu əsəbiləşdirmişdi.



Geri qayıt