Əsas Səhifə > Şou-biznes > ŞOU-BİZNESDƏ YENİ QALMAQAL YARANIR

ŞOU-BİZNESDƏ YENİ QALMAQAL YARANIR


8-02-2012, 13:06
ŞOU-BİZNESDƏ YENİ QALMAQAL YARANIR

SAMRİNA RÖYA VƏ TÜNZALƏ İLƏ TOQQUŞA BİLƏR

Röyanın sevilən mahnılarından olan "Dəniz"i həmkarı Əbdül Xalid repertuarına daxil edib.

Yenicə lentə yazılan mahnıya müğənni bir az fərqli üslubda yanaşıb. Sözü Baba Vəziroğlu, musiqisi Kamal müəllimə məxsus olan bəstə lentə yazılan kimi müəlliflərə təqdim edilib və yeni ifa da onlar tərəfindən bəyənilib.

Əbdül Xalidin təqdim edəcəyi mahnılar çoxdur. Tezliklə onun repertuarına yeni duet daxil olacaq. Bir neçə il əvvəl əməkdar artist Tünzalə Ağayeva ilə "Hardasan" duetini yazdıran müğənni xanım sənətçi ilə əməkdaşlığını davam etdirəcək. O, bildirib ki, onlar bu dəfə klassika oxuyacaqlar. Bu, Tofiq Quliyevin bəstəsi olan qəmgin mahnılardan biridir.

Öyrəndik ki, sənətdə tanındığı son dörd ildə Əbdül Xalidin bir diski belə işıq üzü görməyib. Müğənni bu ehtiyacını ilin sonuna kimi tamamlayacaq.

"Planda ilin sonuna kimi iki diskin hazırlanması var. Bura eşidilən və yeni mahnılar daxil edilir. Bu, ilk işimdir və üzərində diqqətlə çalışıram", - deyə müğənni bildirdi.

Onu da bildirək ki, “Hardasan” adlı daha bir mahnı var ki, həmin mahnı ilə gənc müğənni Samrina populyarlaşıb. Hər halda eyni adlı ikinci bir mahnının ərsəyə gəlməsi şou-biznesdə yeni kinfliktdən xəbər verir.


Geri qayıt