Əsas Səhifə > Dünya > UKRAYNADA BÖHRANIN MİQYASI BÖYÜYÜR

UKRAYNADA BÖHRANIN MİQYASI BÖYÜYÜR


9-12-2013, 11:05
UKRAYNADA BÖHRANIN MİQYASI BÖYÜYÜR
Bu gün səhər Ukrayna Nazirlər Kabinetinin işçiləri hökumət binasına daxil ola bilməyiblər.

APA-nın “Segodnya” saytına istinadən verdiyi məlumata görə, hökumət binalarına gedən yollarda barrikadalar quran müxalifət tərəfdarları hökumət işçilərini binaya buraxmayıblar. Nəticədə məmurlar geri dönməyə məcbur olublar. Rəsmi orqanların yerləşdiyi küçələrdə nəqliyyatın hərəkəti da dayanıb.

Qeyd edək ki, dekabrın 8-də Kiyevin Müstəqillik meydanında yüz minlərlə insanın iştirakı ilə keçirilən mitinqdə Prezident Administrasiyası, Nazirlər Kabineti və Ali Radanın binaları başda olmaqla, bütün dövlət orqanlarını binalarının mühasirəsinin daha da sərtləşdirilməsi qərara alınıb. Bu binaların ətrafında barrikadalar qurulub.

Geri qayıt