Əsas Səhifə > Partiya > "BİZ HAKİMİYYƏTDƏ OLSAYDIQ..."

"BİZ HAKİMİYYƏTDƏ OLSAYDIQ..."


8-02-2012, 13:18
"BİZ HAKİMİYYƏTDƏ OLSAYDIQ..."

“HAKİMİYYƏTİN ƏVƏZİNƏ BU SUALI CAVABLANDIRA BİLMƏRİK”

“Ümid Partiyası olaraq hakimiyyətdə olsaydıq, fərqli mövqe sərgiləyərək, daha da sərt şəkildə münasibət bildirərdik. Lakin hakimiyyətdə olmadığımız üçün bu məsələlərə münasibətimiz Ümid Partiyası səviyyəsindədir, hakimiyyətin əvəzinə bu sualı cavablandıra bilmərik.” Bu sözləri Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə FaktXeber.com-a, ölkə başçısı İlham Əliyevin qondarma erməni soyqırımı ilə bağlı Fransanın qəbul etdiyi qanun layihəsinə gec etiraz etməsinin səbəbləri ilə bağlı danışarkən söyləyib.

İqtidarı təmsil etmədiyi üçün bu sualı cavablandıra bilməycəyini söyləyən İqbal bəy, “bu sualı ən gözəl formada iqtidar nümayəndələri və Prezident Administrasiyasının rəsmiləri cavablandıra bilərlər”, - deyə qeyd etdi: “Əgər söhbət rəsmi mövqedən gedirsə, Azərbaycan Xarici İşlər Nazirliyi və Milli Məclisdə bu məsələyə öz rəsmi mövqelərini bildiriblər.”


Geri qayıt