Əsas Səhifə > Güney Press, Üçüncü sektor > HƏBSDƏKİ JURNALİST VƏKİLİ İLƏ YENİ MÜQAVİLƏ BAĞLADI

HƏBSDƏKİ JURNALİST VƏKİLİ İLƏ YENİ MÜQAVİLƏ BAĞLADI


8-02-2012, 13:30
HƏBSDƏKİ JURNALİST VƏKİLİ İLƏ YENİ MÜQAVİLƏ BAĞLADI

İTTİHAMLAR İSƏ DƏYİŞMƏZ QALIR

Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan “İslamazeri.com” saytının baş redaktoru Ramin Bayramovun məhkəmədə də hüquqlarını vəkil Ramil Məmmədov müdafiə edəcək. Tərəflər arasında yeni müqavilə imzalanıb.

Fevralın 8-də “Media forum” saytına danışan vəkil Ramil Məmmədov istintaq materiaları ilə tanış olduqlarını, məhkəmə gününün təyin ediləcəyini gözlədiklərini deyib: “Ramin Bayramova qarşı ittihamlar dəyişməz qalır”.

Ramin Bayramov ötən ilin avqustunda həbs olunub. O, Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə günahlandırılır.

Respublika Narkoloji Dispanseri Ramin Bayramov haqqında rəyinə görə, o, narkotik maddə istifadəçisi deyil.


Geri qayıt