Əsas Səhifə > Cəmiyyət, Manşet > QƏZET SAHİBİ DİN ŞEFİNƏ NİYƏ MÜRACİƏT ETDİ?
QƏZET SAHİBİ DİN ŞEFİNƏ NİYƏ MÜRACİƏT ETDİ?9-12-2013, 17:51 |
DİA.AZ: - “Gündəm xəbər” qəzetinin təsisçisi və direktoru Şirin Cəfəri ötən gün gecə saat 00-30 radələrində ailəsi ilə birlikdə xəstə yanından qayıdarkən onun idarə etdiyi avtomobili heç bir səbəb olmadan saxlayıblar. Bu barədə Şirin Cəfərinin özü DİA.AZ-a məlumat verib. Elə hər şey də bundan sonra başlayıb. Hadisə Binəqədi rayon ərazisində baş verib. Şirin Cəfəri bildirir ki, 473 dövlət nömrə nişanlı DYP avtomobili heç bir qayda pozuntusuna yol verilmədiyinə baxmayaraq onun idarə etdiyi maşını saxladıb. Şirin Cəfəri bildirir ki, artıq bununla bağlı Daxili İşlər Nazirinə müraciət edib: “Özlərini təqdim etməyə belə ehtiyac duymadan sənədlərimi istədilər, mən isə onlardan hansı qaydanı pozduğumu soruşdum. Bunun cavabında DYP əməkdaşı bildirdi ki maşının sərimə meydanşasına getməlidir. Bu zaman mən çavuş rütbəsində olan DYP əməkdaşına yaxınlaşaraq bildirdim ki, maşında ailə-uşaq var, icazə verin gedim, məsələni isə sabahısı gün aydınlaşdıraq. O, saqqız çeynəyə-çeynəyə “bizə nə hörmət edə bilərsən” sualını verdi. Üstümdə pulun olmadığını söylədikdə isə o qışqıraraq dedi ki, “başqa variant yoxdu, maşın mütləq cərimə meydançasına getməlidir”. Buna etirazımın olmadığını, lakin maşında əyləşən ailə üzvlərini əvvəlcə evə aparıb qoymalı olduğumu dedikdə isə əsl həngamə başladı. Bu zaman polis adına yaraşmayan tərzdə və kobud ifadələrlə danışan DYP əməkdaşının danışığından onun içkili olduğunu hiss etdim. Görünür, elə saqqızı da buna görə çeynəyirmiş. Onun sərxoşluğunu sonrakı hərəkətləti də təsdiqləyirdi. Belə ki, o mənim avtomobilimə hücum çəkərək, ailə-uşağı zorla maşından aşağı düşürtdü”. Daha sonra Şirin Cəfəri bildirir ki, DYP əməkdaşlarının zorakılığı ilə üzləşib: “Bu zaman 11 yaşlı qızım yolun ortasında, soyuqda ağlayırdı, yoldaşım kömək çağırırdı. Ətrafımıza adamlar toplaşmağa başladı və onlar da polis əməkdaşlarını fikirlərindən daşındırmağa çalışsalar da, buna müvəffəq olmadılar. Artıq onlarla hər hansı danışığın faydasız olduğuna əmin olduqdan sonra maşının açarları da onlara verərək ərzidən uzaqlaşdım. Ancaq mən bu hörmətsizliyi cavabsız qoymayacaq və həmin DYP əməkdaşlarının qanun çərçivəsində cəzalandırılmasına nail olacam”. Şirin Cəfəri onu da bildirdi ki, hələ də maşını girovliqdadır: “Bu məsələ ilə bağlı hörmətli Ramil Usubovun tədbir görməsini istəyirəm. Hər halda, qəzetşilik bir yana, bir vətəndaşa belə bir qeyri-insani vəziyyətin göstərilməsi heç bir əndazəyə sığmır”... Geri qayıt |