Əsas Səhifə > Siyasət, Manşet > “BANK OF BAKU” TƏFTİŞ EDİLƏCƏK
“BANK OF BAKU” TƏFTİŞ EDİLƏCƏK8-02-2012, 13:46 |
HAKİMİYYƏT ADI İRANLA BİRGƏ ÇƏKİLƏN BANKLARA QARŞI HÜCUMA KEÇİR DİA.AZ: - Hələ 2010-cu ilin oktyabr ayında İranın xüsusi xidmət orqanları ilə mübhəm əlaqələri ifşa olunan «Bank of Baku» və daha bir neçə bank rəsmi Bakının qəzəb hədəfindədir. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) hökumət içindəki mənbələrdən xəbər ötürülüb. Xatırladaq ki, məşhur «Vikiliks» təşkilatı tərəfindən açıqlanmış ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən ABŞ Dövlət Departamentinə ünvanlanmış məxfi sənədlərdə qeyd olunurdu ki, «Bank of Baku», «Royal Bank of Baku» və «XalqBank» İranın xüsusi xidmət orqanları ilə əlaqələrə malikdir və xüsusən də arxasında fars-molla rejiminin ciddi fiqurlarından və kənardakı maliyyə maxinatorlarından hesab olunan Oromi qardaşlarına məxsus «NAB» şirkətinin dayandığı «Bank ov Baku»nun arçılığı ilə hər ay İrandan ötürülən 5 milyon ABŞ dolları həcmində çirkli pullar yuyulur. Redaksiyamızın əldə etdiyi bilgilərdən aydın olur ki, artıq «Bank of Baku»nun fəaliyyətinin dayandırılması yönündə müəyyən işlərə start verilib: «İlkin olaraq Maliyyə Nazirliyinin müfəttişləri bu bankda yoxlama həyata keçirəcək. Artıq bu barədə bank rəhbərliyindən müvafiq hazırlıqlar və sənədlər istənilib. Bunun ardından isə bankın lisenziyasının ləğvi planlaşdırılır». Onu da xatırladaq ki, «Vikiliks» təşkilatı tərəfindən açıqlanan faktlara həmin ərəfədə «Bank of Baku»nun rəhbərliyi tərəfindən mücərrəd açıqlamalar verildi. Və hətta bu açıqlamalar cəmiyyətdə skandala da səbəb oldu ki, bu səbəbdən həmin açıqlamanın müəllifi olan «Bank of Baku»nun o zamankı idarə heyətinin sədri vəzifəsindən kənarlaşdırıldı. İndi isə bu bankın birbaşa olaraq İrandan davamlı təhdidlər alan YAP iqtidarının hədəfində olduğu bildirilir. Geri qayıt |