Əsas Səhifə > Dünya > MİSİRDƏ ANA YASA DƏYİŞDİRİLİR

MİSİRDƏ ANA YASA DƏYİŞDİRİLİR


10-12-2013, 09:45
MİSİRDƏ ANA YASA DƏYİŞDİRİLİR
Misir 2014-ci il yanvarın ortalarında yeni konstitusiyaya dair referendum keçirməyi planlaşdırır. Trend RBK agentliyinə istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat verir.
Yeni əsas qanunun qəbul edilməsi - 2013-ci ilin iyulunda seçilmiş prezident Məhəmməd Mursinin devrilməsindən sonra Silahlı qüvvələr tərəfindən təyin edilən müvəqqəti hökumətin siyasi proqramının əsas mərhələsidir.
Misirin Konstitusiya məclisi 2013-ci il dekabrın 1-də müvəqqəti prezident Ədli Mənsura başa çatdırılmış yeni konstitusiyasının layihəsini təqdim edib. Prezident konstitusiya layihəsi üzrə referendumun keçirilməsi tarixini rəsmən bu həftə təyin etməlidir.
Bu artıq 2011-ci il yanvar inqilabından sonra hazırlanmış ikinci konstitusiya olacaq. Ötən il islamçıların təşəbbüsü ilə Məhəmməd Mursinin başçılığı ilə tərtib edilmiş konstitusiya referendumda qəbul edilib. 2013-ci il iyulun 3-də bu sənədin qüvvəsi dayandırılıb.

Geri qayıt