Əsas Səhifə > Partiya > ƏLİ KƏRİMLİ HAKİMİYYƏTİN ƏSAS RƏQİBİDİR
ƏLİ KƏRİMLİ HAKİMİYYƏTİN ƏSAS RƏQİBİDİR8-02-2012, 18:39 |
“AZADLIQ” RADİOSUNUN SORĞUSUNDA BU NƏTİCƏYƏ VARILIB “Azadlıq” radiosu “2013-cü ildə İlham Əliyevin əsas rəqibi kim olar?” mövzusunda sorğu keçirir. Səsvermə bu il yanvarın 8-dən radionun saytında yerləşdirilib. Sorğu hələ davam edir. İndiyə kimi 2896 nəfərin səs verdiyi nəzərə çatdırılır. Bir ay ərzindəki səsvermənin nəticələrinə görə, 2013-cü ildəki prezident seçkilərində İlham Əliyevin əsas rəqibi Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli sayılır. Səslərin 40%-i Ə.Kərimliyə verilib. Amma hakimiyyət sorğunun nəticələrinə görə indi əsas rəqib sayılan Ə.Kərimlinin hələ də xarici pasport məsələsini həll etməyib. Sorğuya görə ikinci yeri tutan Müsavat Partiyası başqanı İsa Qəmbərə səslərin 29,5%-i verilib. Maraqlısı budur ki, cəmiyyətdə 2013-cü ildə prezidentliyə namizəd kimi adı hallandırılan deputat Mehriban Əliyevaya 9,5% səs verilib. Mühacirətdə olan eks-spiker Rəsul Quliyev səslərin 5,7%-ni, Ziyalılar Forumunun qurucularından Eldar Namazov isə 3,6%-ni qazanıb. Geri qayıt |