Əsas Səhifə > Partiya > YAP-ÇILAR DA BELƏ DEYİR

YAP-ÇILAR DA BELƏ DEYİR


3-10-2011, 11:54
YAP-ÇILAR DA BELƏ DEYİR

“AZƏRBAYCANDA OTURUŞMUŞ DEMOKRATİYA VAR”

Bu gün Azərbaycan Milli Məclisində “Demokratiya və vətəndaşların seçki hüquqları” mövzusunda beynəlxalq müşahidəçilər üçün seminar başlayıb.

APA-nın məlumatına görə, seminarda MDB ölkələrinin seçki məsələləri üzrə ekspertləri və deputatlar iştirak edirlər.

Azərbaycan Milli Məclisinin (MM) I vitse-spikeri Ziyafət Əsgərov qonaqları MM sədri Oqtay Əsədovun adından salamlayaraq, seminarın işinə uğurlar arzulayıb. Z. Əsgərov seminarın mövzusunun aktual bir məsələyə həsr olunduğunu vurğulayıb: “Azərbaycan müstəqil olduqdan sonra əsas məqsədlərimizdən biri demokratik seçki ənənələrinin formalaşdırılması idi. 1993-cü ildən bu yana Azərbaycanın demokratik seçki ənənəsi formalaşmağa başladı. Hazırda Azərbaycanda tam oturuşmuş, formalaşmış demokratik seçki sistemi yaranıb. Azərbaycanda 4 prezident, 4 parlament, 4 referendum və 3 bələdiyyə seçkisi keçirilib. Bu illərdə Azərbaycan xalqı seçki mədəniyyətini kifayət qədər mənimsəyib”.

Daha sonra “Azərbaycan Respublikasında demokratik seçki təcrübəsi: parlament ölçüsü” kitabının təqdimat mərasimi keçirilib. MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Mixail Krotov Azərbaycan və rus dillərində çap olunmuş kitab haqqında məlumat verib.

Tədbirdə çıxış edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev seminarın əhəmiyyətindən danışıb.

Seminar davam edir.


Geri qayıt