Əsas Səhifə > Cəmiyyət, Manşet > MİKAYIL CABBAROVDAN YENİ KADR İSLAHATI

MİKAYIL CABBAROVDAN YENİ KADR İSLAHATI


10-12-2013, 16:23
MİKAYIL CABBAROVDAN YENİ KADR İSLAHATI
BU DALĞADA KİMLƏRƏ «ƏLVİDA» DEYİLƏCƏK?

DİA.AZ: - Təhsil nazirliyində Misir Mərdanovdan qalma daha bir kadrın vəzifəsindən alınacağı gözlənilir. Bu barədə redaksiyamıza daxil olan informasiyada vurğulanır ki, Mikayıl Cabbarov keçmiş nazirin dönəmindən kadr siyasətinə başçılıq edən, Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirovla yollarını ayırmaq niyyətindədir.

Mənbəmiz bildirir ki, Fərzəli Qədirov Mikayıl Cabbarovun təyinatından dərhal sonra yola salınmalı idi. Qaynağın DİA.AZ-a söylədikləri: «Amma vəziyyət elə dəyişdi ki, Fərzəli Qədirov müəyyən müddətə yerində saxlanıldı. Lakin bu bir faktdır ki, əgər Mikayıl Cabbarov Misir Mərdanovdan qalma eybəcər mənzərə ilə mübarizə aparırsa və bu zaman kadr siyasətinin yarıtmazlığından narazılıq varsa, o zaman sözügedən istiqamətə nəzarət edən fiqurların özləri də dəyişdirilməli idi».

Vaxtın indii yetişdiyini bildirən məlumatlı mənbə onu da əlavə etdi ki, TN-nin daha bir neçə iri ranqlı məmuru da növbəti dalğada «qurban veriləcək»: «Mikayıl Cabbarov heç də tamamən «təmizləmə əməliyyatı» apara bilməyib. Kimə toxunursa, kimi silkələmək istəyirsə, arxasından başqa bir məmur çıxır. Misir Mərdanov elə bir mexanizma qurmuşdu ki, onun dövründə az qala bütün məmurların yaxın adamları TN-də vəzifə sahibi idilər. Ona görə də bu gün Mikayıl Cabbarov istənilən bir kadrı yenisi ilə əvəzləyəndə ciddi maneə ilə üzləşir».

Amma buna rəğmən kadr islahatlarının həyata keçiriləcəyini bildirən mənbəmiz onu da əlavə etdi ki, Mikayıl Cabbarov gələn ildən Bakının bir sıra orta məktəblərinin direktorlarını da yeniləri ilə əvəzləməyə hazırlaşır: «Belə bir plan da mövcuddur»…

Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt