Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİ QIZINA TOY ETMƏYƏ HAZIRLAŞIR

MÜĞƏNNİ QIZINA TOY ETMƏYƏ HAZIRLAŞIR


9-02-2012, 11:50
MÜĞƏNNİ QIZINA TOY ETMƏYƏ HAZIRLAŞIR

DÜNƏN ONLARI TOY BAZARLIĞINDA GÖRÜBLƏR

Müğənni Rəqsanə və qızı Aysu havanın sərt və şaxtalı keçməsinə baxmayaraq, ötən gün paytaxtın mağazalarına baş çəkərək özlərinə toy paltarı axtarıblar.

Göz oxşayan və yeni libas tapan ana və bala bunu ayın 10-da keçiriləcək toy məclislərinin birinə geyinəcəklər:

"Vizajist Nigar İbrahimova məni və böyük qızımı bacısının toy mərasiminə dəvət edib. Qızımla qərara gəldik ki, özümüzə yeni bir libas alaq. Bu məqsədlə dünənki şaxtalı və çovğunlu havada şoppinqə yollandıq. Çox üşüsək də, istədiyimiz libası tapa bildik".

Soyuq havada yalnız vacib məqsədlər üçün evdən çıxan Rəqsanənin daha bir işi səsyazma studiyası ilə bağlıdır. O, yaxın günlərdə Moskvaya yaşamaq məqsədi ilə köçəcək Emin Kərimi ilə olan mahnı hazırlıqlarını tamamlayacaq.

"Dünən üç günlük fasilədən sonra evdən çıxdım. Yollar çox buzludur və həyatımı riskə atmaq istəmirəm. Amma studiyaya getməyə məcburam. Emin yaxın günlərdə Bakını tərk edəcək deyə onunla işlərimi tamamlamalıyam. Demək olar ki, mahnılarımın aranjmanını ona həvalə edirəm. Bir neçə gün ərzində ona baş çəkəcəm ki, yola düşənə kimi mahnıları təhvil ala bilim", - deyə müğənni bildirdi.


Geri qayıt