Əsas Səhifə > Şou-biznes > MEYXANAÇIYA QADAĞA QOYULDU
MEYXANAÇIYA QADAĞA QOYULDU9-02-2012, 11:53 |
AYGÜN-NAMİQ GƏRGİNLİYİ DAVAM ETMƏKDƏDİR Uzun illər sevinclərini və kədərlərini bir bölüşən, bir-birinin məclisində başda əyləşib, özünü ev sahibi kimi göstərən Aygün Kazımova və Namiq Qaraçuxurlunun dəyişən münasibətləri, deyəsən, pik həddə çatır. Bunu deməyə Namiqin Aygün xanımın geridə qoyduğu ad günü məclisində ümumiyyətlə iştirak etməməsi əsas verir. Namiq Aygün xanımdan dəvət gözlədiyi halda, qarşı tərəf onu təmtəraqla keçən məclisinə dəvət etməyib. Bunu Milli.Az-a N.Qaraçuxurlunun prodüseri Ataş Hüseyn də təsdiqləyib: "Yanvarın 26-da Aygün xanıma telefon açıb onu doğum günü münasibəti ilə təbrik etdim. Səmimi söhbətimiz oldu və Aygün xanım mənə bildirdi ki, məclisi məlum plastik əməliyyat səbəbindən yanvarın 29-na keçirib. O, həmin tarixdə Namiqə və mənə dəvət zəngi edəcəyini bildirdi. Getməyi düşünürdük və Aygün xanımın zəngini gözlədik. Amma ondan sonra Aygün xanımdan heç birimizə telefon zəngi olmadı". Bunun səbəbinin özlərinə də aydın olmadığını bildirən Ataş bəy, əslində, tərəflər arasında münasibətlərin normal olduğunu diqqətə çatdırdı: "Münasibətləri korlayan elə bir hadisə baş verməyib. Yəqin ki, bundan sonra da baş verməyəcək. Sadəcə, biz həmin məclisə dəvət olunacağımız təqdirdə, dəvət olunmamağımızın sirrini bilmirik". Geri qayıt |