Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > QARABAĞ ƏLİLİNDƏN YENİ NAZİRƏ KÖHNƏ XAHİŞ ÜNVANLANDI
QARABAĞ ƏLİLİNDƏN YENİ NAZİRƏ KÖHNƏ XAHİŞ ÜNVANLANDI11-12-2013, 08:32 |
DİA.AZ: - Lənkaran rayonun Xanbulan inzibati ərazi dairəsinin Bürcəli kəndində yaşayan, 2-ci qrup Qarabağ əlili Ağayev Zaur Sənan oğlu dərdini rayona ezam olunmuş əkdaşımıza danışıb. O, bildirir ki, Azərbaycanın müstəqilliyi uğrunda gedən döyüş əməliyyatları zamanı ağır yaralanıb və bunun nəticəsi olaraq sağ ayağını itirib. Bədənində qəlpə daşıyan əlilin ayağı dizdən aşağa protezdir. Protez əzdiyindən ayağının qalan hissəsində də çürümə gedir. Son dəfə ailə üzvülərinə məxsus “Vaz-2106” markalı avtomabili satıb, müəlicəsinə sərf edib. Bundan sonra müalicəsi də arxa planda qalıb. Zaur Ağayev ata yurdunda digər ailə üzvüləri ilə birgə, darısqal bir daxmada yaşayır. 2005-ci ildə ailə qurub, 3 övladı var. Əlil öz güzəranları barədə danışır: “148 manat pensiya, 77 manat prezident təqaüdü alıram. Evlənəndən sonra müxtəlif yerlərdə kiraydə qalmışıq. Dövlət tərəfindən verilən “Oka” markalı maşınla “taksovat”lıq edib, ailəmi dolandırırdım, pensiyanı isə kirayə haqqı verirdim. Belə bir ağır şəraitdə düz 7 il ümidlə yaşadıq. Düşünürdüm ki, mənzil nöbəsindəyəm, dövlət məni yaxşı şəraiti olan evlə təmin edəcək.” Amma deyir sən saydığını say, gör... “yuxarılar” nə sayır. Hər dəfə Lənkəranda əlıil və şəhid ailələrinə mənzil paylananda, Zaurun adı siyahıda olmayıb. “Sonradan bildim ki, sən demə ev alan əlill və bu kateqoriyadan olan şəxslərdən rayondakı məmurlar 2 min manat alıb, növbəni tezləşdirirlərmiş. Bunu mənə son dəfə şəxsən Qarabağ Əlillər Cəmiyətinin sədri Əbülfət Əliyev deyib. Söylədi ki, ora-bura yazmaqla ev ala bilməyəcəksən, get 2 min manat pul tap, mən sənə ev almaqda kömək edərəm.” Dövlət hesabına evlə təmin olunması üçün əlil vətəndaş son 10 ildə aidiyyatı üzrə yüzlərlə rəsmi müraciət etdiyini, lakin bu günə kimi nəinki ev, heç məktubuna cavab almadığını bildirir. Məhrumiyyətli yaşam onun ailəsinə də təsirsiz ötüşməyib: “Dözülməz şəraitdə, kirəyədə, orda-burda yaşamağımıza dözməyən həyat yoldaşım artıq 1 ildən çoxdur ki, uşaqları da götürüb ata evinə gedib. Məni tərk etsə də, hər ay aldığım pensiyanı onlara verirəm. Artıq yaşamağımın bir mənası qalmayıb. Lazmsız əşya kimiyəm. Yoldaşım uşaqlarla birgə məni tərk edəndən sonra bir neçə dəfə özümü öldürmək istəmişəm, alınmayıb, ailə üzvlərim duyuq düşüb qoymayıblar.” Keçmiş Qarabağ döyüşçüsü hələ də ümidlidir ki, nə vaxtsa haqq yerini tapacaq. O, daha çox övladlarının gələcək taleyi üçün narahatlıq keçirir: “Cənab Prezidentdən, nazir Səlim Müslümovdan xahiş edirəm, mənə ev almaqda yardımçı olsunlar. Onsuz da səhhətim yerndə deyil, çox yaşamayacam. Heç olmasa övladlarım özgə qapılarında qalmasınlar...” infom.az Geri qayıt |