Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏLİL UŞAQLARIN PULUNA TAMAH SALAN VAR

ƏLİL UŞAQLARIN PULUNA TAMAH SALAN VAR


11-12-2013, 08:56
ƏLİL UŞAQLARIN PULUNA TAMAH SALAN VAR
Orta məktəblərin demək olar ki, hamısında qüsurlu uşaqlara xüsusi müəllimlər ayrılır və onlar həmin uşaqların evlərində təhsil almasına məsul olurlar. Orta məktəblərdə müəllimlərin əmək haqqı 12 saat=1 stavka sistemi ilə hesablansa da, bu cür qüsurlu uşaqlara dərs deyən müəllimlərin 1 saatı 1 stavka hesablanır və onlar əmək haqqını məhz bu qaydada alırlar.

Neftçalada isə buna xüsusilə diqqət yetirmir. Yəni, qüsurlu uşaqlara dərs keçirilmir və belə məktəblərin sayı onlarladır. Əlif Piriyev adına 2 saylı məktəbdə də belə uşaqlar var. Ancaq məktəbin direktoru Ayğün Abdullayeva bu cür qüsurlu uşaqlar üçün müəllim ayırmadığından, uşaqlardan birinin valideytni onu məhkəməyə verib. Daha doğrusu, valideyn şikayət etdikdən sonra məlum olub ki, direktor bu məqsədlə müəllim ayırmasa da, bu istiqamətdə sənədləşmə aparıb. Yəni, qüsurlu uşaqlara dərs deyəcək müəllimin haqqını mənimsəyib. Eyni zamanda bu cür uşaqlar təhsildən kənarda qalmalı olublar.

Qeyd edək ki, Neftçalada təhsil-məhkəmə epizodu son aylar tez-tez təkrarlanan haldır. Bu hadisədə də təbii ki, məktəb direktoru rayon Təhsil Şöbəsinin razılığı olmadan belə addım ata bilməzdi. Neftçala şəhər Təhsil Şöbəsinin rəhbəri Əjdər Kərimov isə məktəb direktorları ilə əlbir olaraq, həm rayonda təhsilin bərbad hala salınmasına “xidmət” edir, həm də dövlətin külli miqdarda pulunu mənimsəyir.

Geri qayıt