Əsas Səhifə > Sosial, Manşet > ZƏLİMXAN MƏMMƏDLİYƏ QARŞI İTTİHAM

ZƏLİMXAN MƏMMƏDLİYƏ QARŞI İTTİHAM


9-02-2012, 13:33
ZƏLİMXAN MƏMMƏDLİYƏ QARŞI İTTİHAM

“CƏSARƏTİ VARSA, CASUSUN KİM OLDUĞUNU MƏTBUATA AÇIQLASIN”

DİA.AZ: - Gürcüstan Türkləri Konfederasıyasının prezidenti Daşqın Gülməmmədov Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin “Regionmedia” saytına verdiyi ziddiyətli müsahibəsini DİA.AZ-a şərh edərkən bildirib ki, bu müsahibəinin özü qərəzlidir və xüsusi sifarişlə hazırlanıb. Gözəl ifadələrlə bəzədilsə də bir sıra məqamlara mütləq aydınlıq gətirilməlidir:

“Birincisi “Regionmedia”nın ilk sualı qəsd-qərəzdən xəbər verir. Bu saytın özü barədə biz artıq ciddi arşadırma aparırıq və yaxın zamanlarda mətbuata bunun nəticələri acıqlanacaq. Zəlimxan Məmmədli müsahibəsində qeyd edir ki, guya ona qarşı aparılan qara piarın arxasında Rusiyanın bir casusu durur. Görəsən bu məlumat Zəlimxan Məmmədlidə hardandır? Bu casus kimdir? İndi Zəlimxan Məmədli zəhmət çəksin o casusun adını açıqlasın. Nəyə və hansı məlumata əsasən bu işləri bir casusla bağlayır? Kimdir Zəlimxan Məmmədliyə qarşı qara piar aparan, Zəlimxan Məmmədlinin cəsarəti varsa, özü düz adamdırsa bu casusun kimliyini mütləq açıqlamalıdır, ortaya faklar qoymalıdır. Əgər açıqlamırsa demək o özü yalançı, provakator və saxtakardır. Kiminsə gizli sifarişini həyata keçirir. Həmçinin Zəlimxan Məmmədli ciddi ittiham irəli sürüb o mütləq Azərbaycan Respublikası Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq o casusun adını çəkməlidir və sonra hüquqi qaydada casus oldugunu sübüt etməlidir. Çünki o şəxsin kimliyi aşakar edildikdən sonra casus olduğu da faktlarla sübut edilib Azərbaycan Respublikasının əks-kəşfiyyat orqanlarına təqdim edilməlidir, ki həmin adama casusluq maddəsi ilə cinayət işi qaldırılsın.Yox əgər Zəlimxan Məmmədli bunu sübut edə bilyəcəksə onun özünə AR Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə cinayət işi başlanılmalıdır. Cünki kimisə casuluqda ittiham edib sonradan bu barədə fakları ortaya qoymamaq cinəyət təqibi münasibətləri yaradır.

Mən açıqca deyirəm Zəlimxan Məmmədlinin vətandaş məsuliyyəti və casərəti varsa “Regionmedia” saytına verdiyi müsahibəsində qeyd etdiyi casusun adını mətbuata və əks-kəşfiyyat orqanlarına açıqlamalıdır. Bele işlər sadəcə sözü dedim və getdim prinsipi ilə həyata keçmir. Ortada cinaəyət məsuliyyəti var. Ya o casus aşkar edilir və əks-kəşfiyyat orqanları onu həbs edirlər ya da Zəlimxan Məmmədli və “Regionmedia” saytının idarəediciləri yalan məlumat yaydıqlarına görə AR Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə məsuliyyətə cəlb olunurlar”.

Daşqın Gülməmmədov həmçinin qeyd edib ki, artıq bu məsələnin üzərinə ciddi düşüb və yaxın günlərdə Azərbaycan Respublikası Milli Təhlükəsislik naziri Eldar Mahmudova və Gürcüstan DİN Əks-Kəşfiyyat Departamentinə Gürcüstan Türkləri Konfederasiyasının rəsmi blankında məktub göndərəcək: “Zəlimxan Məmmədli Azərbaycanın və Gürcüstanın xüsusi xidmət orqanlarına ifadə verməlidir və o casusun kim olduğunu açıqlamalıdır. Belə ittihamlar zarafat deyil və sonradan cinayət məsuliyyəti yardır. Daşqın Gülməmmədov bilidirib ki, hörmətli Zəlimxan Məmmədli sözü deyib indi buyursun arxasında dayansın. Əgər dediyi casusluq ittihamını sübut edə bilmirsə demək bu adam yalançı və provakatordur, kiminsə sifarişini həyata keçirir”.


Geri qayıt