Əsas Səhifə > Partiya > ARİF HACILI MƏHKƏMƏYƏ AVTOBUSLA GƏTİRLDİ
ARİF HACILI MƏHKƏMƏYƏ AVTOBUSLA GƏTİRLDİ3-10-2011, 12:01 |
HƏM DƏ QANDALSIZ, ADİ SƏRNİŞİN KİMİ… Ictimai Palatanın 2 aprel aksiyasında saxlanılan və barələrində cinayət işi qaldırılaraq mühakimə edilən müxalifət fəallarının bu günə təyin olunmuş məhkəmə prosesi artıq başlayıb. "Yeni Müsavat"ın əməkdaşı Elşən Balaxanılının Səbayel rayon məhkəməsi qarşısından verdiyi məlumata görə, artıq vicdan məhbusları - Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidli məhkəməyə gətirilib. Reportyorumuzun verdiyi xəbərə görə, Arif Hacılının məhkəməyə gətirilməsi əvvəlkilərdən fərqli olub: "Ötən məhkəmələrdə Arif Hacılını dustaq daşınması üçün nəzərdə tutulmuş xüsusi avtomobildə gətirirdilərsə, bu dəfə avtobusda, həm də qandalsız, adi sərnişin kimi gətirdilər. Bu, məhkəmə binasının önünə toplaşmış jurnalistlərin diqqətinə səbəb oldu və belə bir qənaət yarandı ki, görəsən, bu yenilik vicdan məhbuslarının şərti işlə məhkəmə zalından buraxılması ilə nəticələnəcək, yoxsa yox." Əməkdaşımız onu da bildirib ki, bu dəfə polislər və ədliyyə işçiləri jurnalistlərlə kobud davranmayıblar. anlayış göstəriblər. Qeyd edək ki, bu günkü məhkəmədə Məhəmməd Məcidli son sözlə çıxış etməlidir. Vaxt çatarsa, müxalifətçilərə hökm oxunması gözlənilir. Geri qayıt |