Əsas Səhifə > Dünya > İRANDA İTƏN AMERİKALI İLƏ BAĞLI İLGİNC FAKTLAR AÇILDI

İRANDA İTƏN AMERİKALI İLƏ BAĞLI İLGİNC FAKTLAR AÇILDI


13-12-2013, 12:10
İRANDA İTƏN AMERİKALI İLƏ BAĞLI İLGİNC FAKTLAR AÇILDI
FaktXəbər-in Associated Press istinadən verdiyi məlumata görə, 7 il öncə İranda itmiş ABŞ vətəndaşı bu ölkədə Mərkəzi Kəşfiyyat İdarəsinin tapşırığını yerinə yetirirmiş.

Robert Levinson 2007-ci ildə İrana səfər edərkən itmişdi. Bir zamanlar FTB-nin əməkdaşı olan bu şəxs 1998-ci ildə işindən ayrılıb. Nəşrin bildirdiyinə görə, 2006-cı ildə Levinson MKİ ilə əməkdaşlığa başlayır.

AP yazdığına görə, Levinsion daim MKİ-də qəbul olunan təhlükəsizlik qaydalarını pozub: o, dünya səyahəti barədə rəhbərliyə məlumat vermirmiş, bəzi davranışları isə xüsusi xidmət orqanları tərəfindən rəsmi təsdiqlənmirdi.

2007-ci ildə Levinson İİR-də informatorla görüşmək və ölkədə korrupsiya barədə məlumat almaq üçün İrana gedir. Mart ayında amerikalı Kiş adasına çatır və tezliklə yoxa çıxır. Onun hansı şəraitdə itdiyi və ya kimlər tərəfindən oğurlandığı barədə dəqiq məlumat yoxdur. Lakin ABŞ hökuməti onun terrorçular, yaxud da narkotik alverçilərinin əlində ola biləcəyini düşünür.

Nəşrin bildirdiyinə görə, Levinson itəndən sonra MKİ daxili istintaqa başlayır. Lakin rəsmi surətdə amerikalının İrana getdiyi ilə əlaqədsi olmadığını bildirilir: «Robert Levinson Kiş adasına iş səyahəti zamanı itib», - deyə cari ilin noyabr ayında Ağ Ev bəyanat verib.

Bu günlərdə MKİ rəhbərliyi məhkəmədən qaçmaq üçün Levinson ailəsinə 2,5 milyon təzminat ödəyib. Hazırda Levinsonun harada olduğu məlum deyil.

Mart ayında FTB bu qurumun sabiq əməkdaşını Amerikaya qaytaracaq hər hansı bir informasiya üçün 1 milyon dollar mükafat təyin edib.

MKİ isə Associated Press bu araşdırmasına şərh verməkdən imtina edib.

Geri qayıt