Əsas Səhifə > Dünya > AVROPA YANUKOVİÇİ YOLA SALMAQ ÜÇÜN HƏRƏKƏTDƏ
AVROPA YANUKOVİÇİ YOLA SALMAQ ÜÇÜN HƏRƏKƏTDƏ13-12-2013, 12:12 |
Ukraynada mövcud siyasi böhrandan çıxmaq üçün yaxın zamanlarda seçki keçirilə bilər. Kyivpost.com xəbər verir ki, bu barədə Avropa Parlamentinin qəbul etdiyi qətnamədə qeyd olunub. Ancaq müzakirə edilən qərarın prezident, ya da parlament seçkilərinə tətbiq olunacağı hələ bəlli deyil. Bu barədə parlament üzvləri danışıb. Qeyd edək ki, Ukraynada prezident seçkiləri 2015-ci ilə təyin olunub, parlament seçkiləri isə 2017-ci ildə keçiriləcək. Avropa Parlamentinin qətnaməsindən sonra seçki tarixinin dəyişiləcəyi gözlənilir. Geri qayıt |