Əsas Səhifə > Güney Press, Üçüncü sektor > LERİKİ BAŞÇI İLƏ DEPUTAT BELƏ TALAN EDİRLƏR
LERİKİ BAŞÇI İLƏ DEPUTAT BELƏ TALAN EDİRLƏR13-12-2013, 12:16 |
Təqribən 2 ay əvvəl ölkə prezidentinin sərəncamı ilə 30 min əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisi məqsədi ilə Lerik rayon İcra Hakimiyyətinə 2 mln. manat pul ayrıldı. Pul deyildiyi kimi 30 min əhalinin yol probleminin həlli üçün ayrılsa da, Lerikin icra başçısı Rövşən Bağırov və bu rayondan deputat olan İqbal Məmmədov üçün göydəndüşmə oldu. Bizimxeber.az-a rayondan daxil olan məlumatına görə, sözügedən yolda işləri icra başçısına, xüsusən də deputat İqbal Məmmədova yaxın şirkətlərdən biri həyata keçirir. Məlumata görə, yolda qismən iş görülsə də (yalnız yolun kələ-kötürlərinin düzlənməsi aparılıb), qış fəslinin gəlişi ilə əlaqədar iş dayandırılıb. Ancaq İqbal Məmmədovun nəzarətində olan şirkət gördüyü bu kiçik işin müqabilində artıq 1 milyon manata yaxın pul xərcləyib. Məlumatda bildirlir ki, ümumi işin kiçik bir hissəsi görüldüyündən xərclənən pulun yeyildiyi gün kimi ortadadır. Yəni, ayrılan pulun qalan 1 milyon manatına işin hamısının bitirmək mümkün deyil. Yəqin ki, yazda bu yola yenidən pul lazım olması barədə respubluika rəhbərliyinə müraciət ediləcək. Aldığımız daha bir xəbərdə bildirilir ki, deputat yolun təmirindən sonra özünə məxsus “Relax” istirahət mərkəzinin bu ərazidə yeni bir binasını tikmək niyyətindədir. Xəbərə görə, hətta bunun üçün yer də seçilib. Bu səbəbdən yay aylarına qədər yolun tam başa çatdırılması İqbal Məmmədovun marağındadır. Məlumat üçün bildirək ki, bir müddət əvvəl İqbal Məmmədova məxsus bir neçə biznes sahəsi nəzarətə götürülmüşdü. Millət vəkili binesinin bir hissəsini əlindən vermklə digər bizneslərini qoruya bildi. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |