Əsas Səhifə > Şou-biznes > CAVANŞİR MƏMMƏDOV MƏTBUATLA ALVERƏ GİRİŞİB

CAVANŞİR MƏMMƏDOV MƏTBUATLA ALVERƏ GİRİŞİB


13-12-2013, 12:39
CAVANŞİR MƏMMƏDOV MƏTBUATLA ALVERƏ GİRİŞİB
"100 MANAT ÖDƏYİN, MÜSAHİBƏ VERİM"

Əməkdar artist Cavanşir Məmmədov yeni qərar alıb.

Axşam.az-ın müxbirilə söhbətində sənətçi deyib ki, onunla müsahibə almaq istəyən jurnalistlər pul ödəməlidir.

O, həmkarlarına da bu üsula əl atmağı məsləhət görüb:

“Zəng vurub o qədər yersiz suallar verirlər ki... Adam yorulur. Cavab verəndə də başlayırlar qalmaqala çevirməyə. Buna görə də qərara gəldim ki, yalnız pullu müsahibələr verəcəyəm. Mənə sualı olan bankdakı hesabıma bir saat üçün yüz manat pul ödəməlidir. Həmin məbləğin 32 faizini isə müsahibəyə gələcək müxbirə ödəyəcəyəm. İnsanlar başa düşsünlər ki, mən dəyərli vaxtımı onlara sərf edirəm. Cünki müsahibə zamanı həm əsəblərim, həm də vaxtım gedir. Dünyanın ən məşhur ulduzları bu qayda ilə işləyir. 2005-ci ildə Əmrah Bakıya gələndə sualları cavablandırmırdı ki, mənim müsahibəm ödənişlidir. Bu yeniliyi Azərbaycanda ilk mən edəcəyəm. Bu, həm də qalmaqalların qarşısını almağa kömək olacaq. Digər həmkarlarıma da məsləhət görürəm. Özləri şahid olacaqlar ki, qalmaqallar yığışacaq”.

Geri qayıt