Əsas Səhifə > Güney Press, Üçüncü sektor > HƏRDƏN BELƏ DƏ OLUR...

HƏRDƏN BELƏ DƏ OLUR...


9-02-2012, 14:19
HƏRDƏN BELƏ DƏ OLUR...

KORRUPSİYADA İTTİHAM OLUNAN BAŞ HƏKİM AZAD EDİLDİ

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Səhiyyə Nazirliyinin Narkoloji Dispanserinin rüşvətxorluqda təqsirləndirilən baş həkimi Könül Vəliyevanın apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. K. Vəliyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, K. Vəliyeva Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cİnayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrinə əsasən ittiham olunub.


Geri qayıt